nikah muqavilesi

Nigahdan öncə psixoloji müayinələrdən keçməliyikmi? – PSİXOLOQ YANAŞMASI

Baxış sayı: 1. 242

Dövlət Statistika Komitəsi boşanmalarla bağlı statistik rəqəmləri açıqlayıb. Statistikaya əsasən bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5 min 562 boşanma hal qeydə alınıb. Bu isə o deməkdir ki,hər günə təxminən 45 nəfər boşanır.

Boşanmaların kökündə duran problem müxtəlif olsa da, nəticə dəyişmir. İctimaiyyət nümayəndələri, psixoloq və sosioloqlar məsələ ilə bağlı həyəcan təbili çalır. Onlar cütlüklərin ailə qurmaz öncə müəyyən psixoloji müayinələrdən keçmələrinin vacibliyini dəfələrlə vurğulayıblar. Lakin boşanmalarla bağlı rəqəmlərdən görünür ki, bu çağırış və tövsiyələrə məhəl qoyulmur.

Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə bildirir ki, boşanmalarla bağlı araşdırmalar aparılsa da, bütün bunlardan heç bir nəticələr əldə olunmur:

Azad Isazade

“İlk növbədə başa düşməliyik ki, ölkəmizdə belə bir problem var. Boşanmalarla bağlı problemlər getdikcə çoxalır. Nigah bağlanmazdan öncə müəyyən tədbirlər görülməli və məsləhətlər aparılmalıdır. Məsələn, yeni qanuna görə, nigaha daxil olmaq istəyən şəxslər tibbi müayinələrdən keçməlidirlər. Niyə nigah bağlanmazdan öncə tibbi müayinə ilə bərabər psixoloji müayinələrdən də keçilməsin? Psixoloji müayinələr zamanı ailə qurmaq istəyən cütlüklərin bir-birinə uyğunlaşıb-uyğunlaşmayacağı aydın olur. Həmçinin onlara müəyyən məsləhətlər verilir və gənc ailələrdə hansı problemlərin yarana biləcəyi müzakirə olunur. Belə bir pilot layihə əvvəllər var idi.

Əvvəllər, boşanmaq üzrə ərizə verən cütlüklərlə psixoloqlar işləyirdi. İndi bu, yoxdur. Bu mənada indi də, psixoloqlar nəticə ilə yox səbəblə işləsələr, müsbət nəticələr əldə edə bilərlər. Təbii ki, boşanmaların sayını sıfıra endirmək mümkün deyil. Amma heç olmasa, bu prosesi nəzarət altına götürüb boşanan şəxslərə yardımçı olmaq mümkündür”.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir