utanmaq

Niyə bəzi uşaqlar utancaqdır?

Baxış sayı: 544

Mütəxəssislər bildirirlər ki, həm uşaqlarda, həm də yetkin şəxslər görülə bilən anksiyete (utancaqlıq) ya da digər adı ilə desək ictimai narahatlıq ən çox cəmiyyət içində danışa bilməmək, yemək yeməmək, yazı yazmaqdan çəkinmək, ictimai mühitlərdə nəfəs darlığı, üz qızarması, huşunu itirmə, titrəmə, ağız quruluğu, əzələlərdə gərginlik, qarın ağrıları, ölmə istəyi və baş ağrısı kimi fiziki şikayətlərlə müşahidə olunur.

Utancaqlıq isə özünü yanaqların, üzün qızarması, qarnın quruldaması, əl-ayaqların titrəməsi, səsin əsməsi, təngənəfəslik kimi göstərə bilər. Bu cür proseslərin baş verməsi bəzən ətrafdakılar tərəfindən diqqətdən kənar qalsa da, utananın özünə mane olur. Belə ki, utancaq adamlar tanımadığı insanlarla ünsiyyətdən qaçır, narahatlıq yaradan vəziyyətlərlə üzləşməkdən qorxurlar. Bu səbəbdən də utancaqlıq normal yaşamağa mane olur.

Utancaqlıqla mübarizədə effektiv yollardan biri də öz fikrini ifadə etməyə cəht etməkdir. Əgər nəsə demək istəyirsinizsə, bunun gülünc görünməyindən qorxmayın. Ünsiyyətə girmək istəyirsinizsə, bunu dərhal edin. İlk addımı başqası tərəfindən deyil, öz tərəfinizdən də gözləyin. Rahat olmağa çalışın.

Araşdırmalar nəticəsində, digər şəxsiyyət növləri ilə müqayisədə utancaqlığın daha çox genetik xüsusiyyət göstərdiyi müəyyən edilmişdir. Övladlığa götürülən uşaqlarla edilən işlər də, bioloji ananın uşağın ictimai xüsusiyyətləri baxımından təyinedici olduğunu ortaya qoymuşdur. Ümumi mənada ictimai qayğıların davamlı olduğu və şəxsin həyatını çətinləşdirdikdə, ya da maneə törətdikdə bu ictimai anksiyete pozuqluğu adlandırılır. Anksiyete adı ilə tanınan ictimai narahatlıq Hipokrat tərəfindən ictimai mühitlərdə üz qızarmasını xatırladan eritrofobiya da adlandırılıb. Psixoloqlar bildirirlər ki, bu ictimai narahatlıq utancaqlıq səviyyəsində olarsa normaldır, lakin həddindən artıq olduqda insanlardan uzaqlaşmağa səbəb ola bilər.

Araşdırmalara görə, bu narahatlıq əsasən daha erkən yaşlarda başlayır. Son illərdə ictimai funksionallığı diqqətə çarpan səviyyədə təsir etməsi səbəbiylə daha çox diqqət çəkməyə başlamışdır. Bu narahatlığa kişilərin 11,1%, qadınlarınsa 15,5% -də rast gəlinir.

niye-bezi-ushaqlar-utancaqdir

Uşaq psixoloqları bildirirlər ki, anksiyete səviyyəsi yuxarı olan uşaqların ictimai bacarıqları səviyyələri aşağı olaraq qalar, daha az yoldaş sahibi olarlar, diqqətə çarpan olaraq təklik yaşaya bilərlər və çox sayda fəaliyyətdən uzaq dayanarlar. Bəzi faktlarda ictimai anksiyete məktəb qorxusuna səbəb ola bilər. Böyüdükdə isə ictimai qayğıların nəticəsi davranış problemləri, qarşı gəlmə davranışı, alkoqolizim və pis maddə istifadəsi göstərə bilərlər.

Psixoloqlar məsləhət görürlər ki, ilk növbədə hər bir valideyn öz övladının xüsusiyyətlərini düzgün bilməlidirlər. Onun bütün maraq sahələrinə və duyğularına həssas olmaq və qəbuledici, daha az tənqidi yanaşma onun özünə inamını artırmaq baxımından ilk addımlardan biridir. Utancaq uşaqlar sıxlıqla özləri haqqında mənfi düşüncələrə sahib olurlar və insanlar tərəfindən qəbul edilmədiklərini düşünə bilərlər. Mütəxəssislər onların bacarıqlarını kəşf etmələrinə və inkişaf etdirmələrinə rəhbərlik etməyi tövsiyə edirlər.

Yeni mühitlərə alışması üçün fürsət verin. Təhdidedici hesab etdiyi bir mühitə girərkən həddindən artıq məcburedici olmamağa diqqət yetirin, oraya alışa bilməsi üçün zaman verin və müsbət xüsusiyyətlərinə (uşağa və mühitə aid) diqqət edin.

 

Röya Rasimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir