masin

Niyə maşına minən kimi kondisioneri işə salmaq olmaz?

Baxış sayı: 1. 682
Kölgədə saxlanılmış avtomobildə, pəncərə bağlı olduqda içəridə 400-800 mq benzol ola bilər. Əgər avtomobil günəş şualarının altında dayanıbsa və günün temperaturu 16 dərəcədən yuxarıdırsa, benzolun səviyyəsi 2000-4000 mq ola bilər. Bu isə normadan 40 dəfə yüksək miqdardır.
Benzol toksindir və sağlamlıq üçün təhlükəlidir. Əsasən böyrək, sümüklər və qaraciyər üçün çox təhlükəlidir.
Pəncərələri bağlı maşına girən insanlar həddindən artıq miqdarda benzolla nəfəs alırlar. Bu kimyəvi maddə o qədər zərərlidir ki, orqanizm onu çox çətinliklə bədəndən çıxarır.
Araşdırmaya görə, kondisioner havanı soyutmağa başlamazdan əvvəl bütün yığdığı benzolu havaya atır.
Benzol xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb ola bilər.
Maşını işə saldıqdan sonra dərhal kondisioneri işə salmayın.
İlk öncə, pəncərəni bir neçə dəqiqəlik açmaq çox vacibdir. Avtomobilin salonu yaxşı havalanandan sonra kondisioneri qoşmaq olar.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir