ushaq pul

Niyə uşaqlara xərcliklərini həftəlik vermək məsləhətdir?

Baxış sayı: 1. 314

Uşaqlara müəyyən fasilələrlə xərclik verilməlidir. Digər tərəfdən, xərcliyin məqsədi təkcə uşağın ehtiyaclarını ödəmək deyil. Məsələn, uşağa gündəlik xərclik verdikdə o yalnız həmin gün üçün lazım olan ehtiyaclarını ödəyir. Beləliklə, uşaq pulunun hesabını bilmir. Nəticədə, uşaqda məsuliyyət və qənaət hissinin formalaşması da mümkün olmur. Bu isə xərcliyin məqsədinə ziddir. Və ya uşağa uzun fasilələrlə xərclik verdiyinizi düşünün. Fasilənin uzun olmasının gənclər üçün elə bir problemi yoxdur. Ancaq uşaqlar və ya yeniyetmələr üçün eyni şeyləri demək çətindir. Pulundan sistemli bir şəkildə istifadə edə bilməyən uşaq təbii ki, vaxtaşırı ailəsindən pul istəmək məcburiyyətində qalır. Uşağa istədiyi pulu verdikdə onda tədricən məsuliyyətsizlik hissi formalaşır, vermədikdə isə uşaqda xərcliyə qarşı mənfi reaksiya meydana gəlir. Yeri gəlmişkən deyək ki, belə uşaqlarda doyumsuzluq hallarının olması da təbiidir.

Ailem jurnali adlı şəxsin şəkli.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, xərcliyin verilməsində fasilənin uzun olması uşaq üçün qənaətbəxş deyil. Ən yaxşısı xərcliyin uşağa həftəlik verilməsidir. Belə olduqda, uşaq öz pulundan daha sistemli şəkildə istifadə edər və pulunu vaxtından qabaq xərcləmək məcburiyyətində qalmaz. Bu, uşaqda məsuliyyət və qənaət hissini formalaşdırdığı üçün xərcliyin əsas məqsədi də həyata keçmiş olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir