bosanma

Normal boşanmağı niyə bacarmırıq?

Baxış sayı: 1. 172

Cəmiyyətimizdə xüsusilə kişilər ayrılığı normal şəkildə qəbul edə bilmirlər. Bu günə qədər boşanmaq, ayrılmaq istəyən qadınlara qarşı nə qədər zorakılıqlara rast gəlmişik. Qadınlara təzyiq, şiddət göstərərək istəklərinə nail olacağını düşünən kişilərin çox hissəsi çıxış yolunu qətl törətməkdə görürlər.

Təbii ki, bütün bunlar cəmiyyətimizdəki mənfi tendensiyalardan xəbər verir. Ona görə də qadınların rastlaşdığı neqativ halların sayı bitmək bilmir. Təsadüfi deyil ki, son zamanlar ailə münaqişəsi zəminində baş verən hadisələr bir qədər də artmaqdadır. Belə hadisələrin boşanmış cütlüklər arasında baş verməsi isə daha da acınacaqlıdır.

Mehriban Zeynalova

“Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ölkəmizdə ayrılığı normal qəbul etməmək yalnız kişilər aid deyil, bəzən qadınlar da ayrılığa normal adaptasiya ola bilmirlər:

“Çünki xüsusilə ailə münasibətlərində kiməsə şəxsi əmlakımız kimi baxırıq. İnsanlara, qadına, hətta uşaqlarımıza qarşı beləyik. Yəni, qadın mənim şəxsi əmlakımdı, mənim deyilsə məhv olmalıdır kimi bir yanaşma mövcuddur. Bu psixoloji və yaxud mental bir düşüncədən irəli gəlir. Əslində kişinin qərar verməsi, yəni kişinin qadını tərk etməsi daha çox qəbul olunandır. Ona görə də qadın kişi ilə yaşamaq istəmirsə, kişilərimiz bunu özünə sığışdıra bilmir, tərk və imtina edilməyi qəbullanmırlar. Bu eqo da məhz belə cinayətlərin törədilməsinə gətirib çıxarır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir