KORONAVIRUS

Növbəti koronavirusu bu heyvanlar yaya bilər – ARAŞDIRMA

Baxış sayı: 511

2019-cu ilin dekabr ayında Çində ortaya çıxan koronavirus dünya üzrə 256 milyondan çox insana yoluxub, 5 milyondan çox insanın ölümünə səbəb olub.

Koronavirusun necə ortaya çıxdığına dair araşdırmalar dəqiq olmasa da, mütəxəssislər gələcək pandemiyalara qarşı işləməyə davam edirlər.

Həmin tədqiqatlardan biri ABŞ-ın Prinston Universitetində aparılıb. Prof. Dr. Mona Singh və Dr. Şon Kinqin rəhbərlik etdiyi araşdırmada gəmiricilərin koronavirusla əlaqəsi araşdırılıb.

Xəstəliyin ötürülməsində təsirli olan ACE2 fermentinin gəmiricilərdə inkişafını araşdıran mütəxəssislər gəmiricilərin əcdadlarının SARS-Cov infeksiyalarını dəfələrlə keçirərək müqavimət göstərdiyini aşkar ediblər. Singh və Kinq müasir dövrdə siçanların koronavirusun asemptomatik daşıyıcısı ola biləcəyini söyləyib. Mütəxəssislər buna görə də növbəti növ koronavirusun siçanlardan yayıla biləcəyini irəli sürüblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir