1414500085_dadli

Novruz süfrəsi üçün “Səbət” salatı

Baxış sayı: 2. 954

Qarşıdan ilk çərşənbə gəlir. Bayram axşamlarında süfrənizi adət-ənənələrə uyğun bəzəmək arzusunda olsanız da, hər il özünüzü təkrarlamaq sıxıcı ola bilər. Odur ki, süfrəyə verilən təamları Novruzun atributlarını nəzərə alaraq qeyri-adi üsulla bəzəyə bilərsiniz. Novruz süfrələrində yaşıl və qırmızı rəngin xüsusi yeri var. Məsələn, bu gün sizə təqdim edəcəyimiz “Səbət” salatı həm göz oxşayır, həm də Səməninin yanına yaraşır.

Tərkibi:

Zövqə uyğun olaraq hər hansı salat növü

Bulka

Göy soğan, yaxud tərxun

Kolbasa

Duzlu çöp

 

Hazırlanması:

Bulkanın üstünü kəsib götürün. Kolbasanı nazik doğrayın. Onun ölçüsü bulkadan azca balaca olmalıdır. Kolbasanı bulkanın ortasına yerləşdirin. Kənarlarına isə (bulkanın üstünə) 10-12 ədəd duzlu çöp basdırın. Kolbasa dilimi ortada qalacaq. Beləliklə, “səbətin” içini salat ilə dolduranda bulka islanmayacaq. Kolbasa yerinə, lazım gələrsə, ərinmiş pendir dilimi də qoya bilərsiniz.

Göy soğan, yaxud tərxun yarpaqlarını duzlu çöplərin arasından səliqəylə keçirməklə səbət toxuyun. Hazır olandan sonra içini salatla doldurun. Budur, Novruz süfrənizin ən iddialı salatı artıq hazırdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir