nutellali pecenye

“Nutellalı peçenye”: Çay süfrənizin xilaskarı

Baxış sayı: 640

Dörd ərzaqla hazırlana bilən, çox asan və dadlı olan bu peçenyeni sevəcəksiniz. Söhbət “Nutellalı peçenye” dən gedir. Bu gün Lent.az sizə “Nutellalı peçenye”nin hazırlanma qaydasını təqdim edir. Çox az müddətdə hazır olacaq bu şirniyyat gözlənilməz qonaqlar gəldiyində çay süfrənizi bəzəyərək sizi qurtarmış olacaq. Eyni zamanda bu peçenyeləri uşaqlar da çox sevəcək. Hazırsınızsa, başlayaq.

Şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

Xəmiri üçün

1 yumurta
3/4 stəkan Nutella
1 stəkan un

Üstü üçün

1/2 stəkan Nutella
1/2 stəkan qoz

Xəmir hazırlamaq üçün yumurta, un və nutellanı birlikdə qarışdırırıq. Xəmiri plastik bir örtüylə örtüb, təxminən 15 dəqiqə istirahət etməsi üçün kənara qoyuruq. Daha sonra xəmirdən hissələr ayıraraq top şəklinə salırıq. Baş barmağımızdan istifadə edərək ortada kiçik çuxur yaradırıq. Daha sonra həmin çuxuru nutella ilə doldurub qoz əlavə edirik. Maraqlı görünüşlü, ləziz dadlı şirniyyatımız hazırdır.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir