oboodok

Obodok taxmağı məşhurlardan öyrənin

Baxış sayı: 319

Xəbər verdiyimiz kimi, obodoklar yaz və yay aylarının əb dəbli aksessuarı elan edilib. Parıltılı atlas və məxmər versiyaları çoxdan fəşn blogerlərin arzulanan tacına çevrilib.

“Christian Dior” və “Simone Rocha” moda evlərinin kolleksiyalarında daha zərif və daş-qaşlı modellərini görmək olar.

Obodok almağa həqiqətən dəyər. Çünki onlar istənilən gecə obrazı üçün idealdır. Çünki onlar geyimi daha təmtəraqlı göstərməyə qadirdir. Bu aksessuar gündüzlər də xanımların imdadına yetişə bilər. Məsələn, dağınıq saçları səliqəyə salmağa vaxtınız yoxdursa, bir obodokla problemi həll etmək olar. Ümimiyyətlə, istənilən saç düzümdə xoş görünür. Obodokun bütün praktik üstünlükləri bununla bitmir: o, kömək edir ki, saçlar daha həcmli görünsün, hətta vizual olaraq boyu daha uzun göstərir. Bu, boy kompleksi olan qızlar üçün vacib nüansdır. Əgər qarderobunuza bu incə detalı əlavə etmək qərarına gəlməmisinizsə, müxtəlif illərdə necə taxıldığını öyrənməyə dəyər.

 

Retro aktrisaların obodok stillərinə nəzər salaq

Yeni trendlə hər kəsə meydan oxumaq istəyən bütün modapərəstlər üçün 1960-cı illərin aktrisalarının fotoşəkilləri ilham mənbəyi ola bilər. Bricit Bardo, Kladua Şiffer, Katrin Denyov, Odri Hepbrun və başqaları saçlarını bəzən enli bir lentlə bəzəyər, bəzən də geniş yaylıq bağlayardı.

Lentləri qəbul etməyənlər üçün 1990-cı illərin amerikalı məktəblilərinin bandajlarını xatırladan daha minimalist bir seçim var. Sadə və elastik rezin başınıza təzyiq göstərmir və görkəmi çox təntənəli edir. Məsələn, Alisa Silverstone və onun rəfiqələrinin çəkildiyi “Aptal” filmindən nümunə götürün. Qəhrəmanlar onu dərs saatlarından sonra da baxşından çıxarmırdı.

1990-cı illərdə qara klassik obodokları şahzadə Diana və aktrisa Nikol Kidman böyük həvəslə taxırdı. Məşhurların bu və digər nümunələrindən ilhamlanmaq üçün fotolara baxın.

 

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir