Ruhiyye Rustemova

Obsessiv- kompulsiv pozuntu nədir və necə müalicə olunmalıdır? – “QƏBUL OTAĞI”

Baxış sayı: 1. 048

Obsessiv-kompulsiv pozuntulara səbəb olan düşüncələr gərçək olmayan, heç bir əsası olmayan, beyinə məcburi daxil olan düşüncələrdir. Belə pozuntusu olan insanlar şüuruna girən bu düşüncələri əngəlləməkdə çətinlik çəkirlər. Bu real olmayan düşüncələrin səbəbi adətən hədsiz məsuliyyət hissinin olmasıdır.Belə ki şəxs bu düşüncələrin arzu olunmayan nəticələrinin qarşısını ala biləcəyini və onlara nəzarət edə biləcəyini düşünür. Bu şişirdilmiş məsuliyyət duyğusu, əxlaqi düşüncə tərzi ilə nəzarət hissinin birləşməsindən qaynaqlanır. Nəzarət hissi, nəticələri nəzarət etmə bacarığına sahib olma hissidir. Digər bir tərəfdən, şəxs əxlaqi olaraq bu düşüncələrin əlverişsiz olduğunu qəbul etdiyi üçün, nəzarət etmək məcburiyyətində olduğunu düşünür. Nəticə olaraq bu düşüncə tərzi, insanda, zehnin nəzarət edə biləcəyi arzusunu oyandırar. Həmçinin, adamın naməlum düşüncələrə  dözümü zəifdir və nəzarət etmək, həllərin mükəmməl, səhvsiz olmasının lazım olduğuna inanar. Beləcə, bütün bunlara görə, şəxs obsessiyalar qarşısında narahatlığını azaltmaq üçün müəyyən qatı qaydalar müəyyənləşdirir və bunlara görə davranır.

Ruhiyye Rustemova 1

Obssesiv – kompulsiv pozuntunun əlamətləri nələrdir?

OKP-nin əlamətləri obssesiya və kompulsiya, yəni fikir və davranışlar eləcə də həyəcan, depressiyasıdır.

Obssesiyalar beyinə istəmədən daxil olan, təkrarlanan, qovulması çətin düşüncələrdir.  Bu düşüncələr şəxsin iradəsindən asılı olmadan beyninə daxil olur və həmin şəxs bunun boş və mənasız olduğunun fərqindədir. Tez-tez rastlaşdığımız obssesiyalar aşağıdakılardır:

-Təmizlik – Bu tip insanlar daimi olaraq ətrafda mikrob, kir, qan və s. olduğunu düşünürlər.

-Simmetriya – Əşyaların bir-birinə paralel olmasına həddən artıq diqqət yetirirlər.

-Dini – Allah, peyğəmbər və digər dini şəxslərlə bağlı təhqir edici fikirlər.

-Cinsi – Doğmalarına qarşı cinsi obssesiyalar.

-Ehtiyat – Dəfələrlə yoxlamaq, ifrat ehtiyatlı olmaq.

Kompulsiyalar isə obssesiyaların yaratdığı həyəcan və narahatçılığı azaltmaq üçün edilən təkrarlanan davranışlardır. Tez-tez rast gəldiyimiz kompulsiyalar bunlardır:

-Təmizlik – saatlarla əl yumaq, hamamdan çıxa bilməmək, spirtdən və digər dezinfeksiya edici məhlullardan istifadə.

-Təkrar etmə – yaxınlarının başına pis hadisə gəlməsin deyə eyni hərəkəti təkrar etmə.

-Sayma – binaların mərtəbələrini, maşınları sayma və ya nömrələrini əzbərləmə, reklamları oxuma.

-Yoxlama – dəfələrlə qapını , suyu, qazı bağladığını yoxlama.

Ruhiyye Rustemova 2

Obsessiv Kompulsiv Pozuntunun müalicəsi:

Obsessiv kompulsiv pozuntu (Sarışan hallar nevrozu) bəzən kronik hala keçsə də, bir çox insan bu xəstəlikdən tam olaraq qurtulur. Müasir müalicə yanaşması dərmanla,psixoloji və ya psixoterapiya ilədir, kronik hala keçən xəstələrdə isə həm dərman, həm də psixoterapiya birgə həyata keçirilir.

 

Ruhiyyə Rüstəmova

“Atlas” klinikasinin klinik psixoloqu, ailə və uşaq psixoloqu 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir