Odeyal altında yatan şir – MARAQLI

Baxış sayı: 1. 266
ABŞ heyvanxanalarının birində yaşayan “Lambert” ləqəbli şir üzərində odeyal olmadan yata bilmir.
Sözügedən heyvan kiçik yaşında bir ailə tərəfindən uşaqlara hədiyyə kimi alınıb.
Lakin sonradan valideyinlər öz səhvlərini başa düşərək, balaca şiri Texasdakı vəhşi heyvanlara kömək mərkəzinə təhvil veriblər.
Məlumata görə, mərkəzin işçiləri uzun müddət şirin yata bilməməsinin sirrini anlaya bilməyiblər.
Sonradan məlum olub ki, şir ailədə olan zaman divanda üzərinə odeyal salınaraq, yatmağa vərdiş edib.
Onun üçün odeyal alınandan sonra bütün problemlər həll olunub. Balaca “Lambert” indi böyüyüb, nəhəng şir olsa da, yenə odeyala bürünüb, yatmağı xoşlayır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir