Evde-ofis-isi-qurmaq-ucun-10-meslehet166566

Ofis xəstəliklərindən qurtulmağın 5 yolu

Baxış sayı: 1. 964

Ofisdə bütün günü masa arxasında əyləşib işləməyin bir sıra fəsadları var. Uzun zaman masa arxasında kompüterə baxan insanlarda zamanla bel və boyun ağrıları olur. Ancaq bundan qaçmağın üsulları var. Onlardan 5-ni təqdim edirik:

– tez-tez fasilə verin və hərəkət edin.

– bədəninizin sərt hissələrinə istilik tətbiq edin.

– düzgün oturuş qaydalarına riayət edin.

– bilək dəstəkli mous və klaviaturadan istifadə edin.

– stres ağrılarına biganə yanaşmayın.

Həmçinin, bunlara diqqət etmək lazımdır:

Kompüter ekranı çarpaz olmamalıdır. İnsan yana çevrilərək işləmək məcburiyyətində qalmamalıdır. Ekran və klaviatura tam olaraq qarşınızda durmalıdır.

Bundan başqa, kompüter ekranının 1/3 hissəsi göz xəttində olmalıdır. Yəni, gözlər ekrana başı əyilərək yox, dik baxmalıdır. Oturacaqda da dik oturmalısınız. Dirsəklər və dizlər 90 dərəcədən daha artıq bükülməməlidir. Kompüter arxasındaykən əl biləklərinin yuxarı doğru həddən çox bükülərək istifadə edilməməsi vacibdir.

Eləcə də telefonla danışan zaman telefon baş və boyun arasına sıxışdırılaraq istifadə edilməməlidir.

Ofis şəraitində ağrılardan xilas olmaq üçün stresi idarə etməyi öyrənmək lazımdır. Stres mütəmadi olaraq adrenalin hormonu ifrazına səbəb olur. Bu da əzələlərin mütəmadi olaraq sərt və gərgin vəziyyətdə durmasına səbəb olur. Nəticədə oynaqlar sərtləşmiş əzələlər arasında daha artıq yük daşıyır və dolayısı ilə ağrı qaçılmaz olur.

Ofis həyatı səbəbindən oynaqlar uzun müddət sabit mövqedə və formada yorucu bir formada qalır. Buna görə də güclü və dayanıqlı əzələlərə sahib olmaq üçün ofisdən kənarda bədəni hazırlamaq lazımdır. Bunun da ən asan yolu nizamlı idman etməkdir. Ən ideal idman növü isə üzməkdir. Buna imkan və ya şərait yoxdursa, qaçış və piyada yerimək də olar.

Və ya maşınınızı uzaq məsafədə saxlayın, avtobusdan mənzil başına bir dayanacaq qalmış düşün. Bu sizə yeriməyə imkan yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir