payiz

Oktyabrda xoşbəxt olmağın yolları: Ən gözəl tədbirlər

Baxış sayı: 1. 040

Payız melonxoliyasına tutulmaq üzrəsiniz? Sizi xilas etməyə gəlmişik. Sentyabr ayı öz aktivliyi və gərginliyi ilə depressiyya düşməyə imkan vermir. Amma Oktyabrda havaların soyuması, günlərin daha da qısalması isti yay günlərinin gerçəkdən geridə qalmasını insanlara daha çox hiss etdirir. Bir az tənhalıq, bir az da yorğunluq və bir də görürsən ki, dərin depressiyaya qərq olmusan. Amma melonxoliklərdən olmasınız belə, Oktyabrı daha əyləncəli və məhsuldar keçirmək, həm də ruhunuzu qidalandırmaq istəyirsinizdə  diqqətiniz bizdə olsun

Bu ayı çox uğurlu şəkildə başa vurmanız üçün sizə yardımçı olacaq tədbirlər listi hazırlamışıq.

 

Qarderobunuza payız toxunuşları edin

Hər şey necə hiss etdiyinizdən və necə göründüyünüzdən başlayır. Qarderobunza əl gəzdirin, isti geyimləri dolablardab çıxarın, çətirlər, şərflər, qısa gödəkçələr əlinizin altında olsun. Amma bunlarla yanaşı rənglərdə payız havasını hiss etdirin.

Related image

“RƏNGLƏRİN RİTMİ”Nİ DUYUN

Rəngləri və musiqini sevrisinizsə, Muzey Mərkəzində keçirilən bu ödənişsiz sərgini görməyə vaxt tapın. Bu sərgi sizin növbəti layihəniz üçün bir ilham mənbəyi ola bilər. Açılışı ayın 4-nə təsadüf etsə də, Oktyabrın 9-na qədər hər gün saat 10-dan 6-ya sərgini görə bilərsiniz.

OPERA VƏ YA BALET İZLƏMƏYƏ GEDİN

Qarderobunuzdakı ən zərif, ən füsunkar və ən valehedici libas, onu Bakının ən gözəl və romanktik tarixə sahib binasında balet izləməyə geyinəcəyiniz günü səbirsizliklə gözləyir. Həmin gün çatıb…

Oktyabr ayında Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında biri-birindən gözəl çoxsaylı tədbirlər var ki, onların içərisində Şah İsmayıl, Aşıq Qərib və il-Tabarro operalarını, Min Bir Gecə, Şəhrizad və Məhəbbət Tanqosu kimi baletləri qeyd etmək olar. Bu fürsətlər qaçırılmaz.

İSTİ PİROQ GÜNLƏRİ KEÇİRİN

Harasa getmək istəmirsinizsə, onda dadlı bir piroq bişirib dostları qonaq çağırın. Məlumdur ki, isti yay günlərində şirniyyat-biskvit məhsulları elə də yeyilmir, nə də evdə sobanı işə salmaq ürəkdən keçmir. Amma sərin bir Oktyabr axşamı alma piroqu qonaqlığı üçün ideal zamandır.

Classic Apple Pie

TEDXBHOS – PRAQMATİZM

Vücudumuz ilə yanaşı bir az da beynimizi qidalandıraq,TEDX çıxışları da bunun üçün ən ideal vasitədir. Əgər TED çıxışlarını YouTube kanalında izləməkdən sıxılıb, canlı seyr etmək istəyirsinizsə, Oktyabrın 12-si yolunuzu Bakı Ali Neft Məktəbindən salın.

Qiymət 15 – 20 AZN

PAYIZ TURLARINA QATILMA FÜRSƏTİ

Dəli Oktyabr ayı-Dəli Sündü turu: Bir az da dəlilik edin, enerjinizi sərf etmək zamanı, elə isə şəhərdən uzaqlaşmaq lazım. Payızın həm də dəli ayı olan Oktyabrın 13-cü günündə Gəzəyənlər qrupu dədə-babalarımızın, ağsaqqal, ağbirçəklərimizin yaşadığı Sündü kəndinə üz tutacaq. Bu yürüşdə onlara qatıla bilərsiniz: Tur ilə bağlı detallar

Image may contain: mountain, nature and outdoor

KİNO-PRİMYERA- MALEFİSENTA: ZÜLMƏT SAHİBƏSİ

Ayın əvvəlində qəmqin Cokeri izləmək fürsəti qazanan tamaşaçılar Oktyabrın 17-də daha bir maraqlı film izləmək imkanı əldə edəcəklər.

Michelle Pfeiffer, Angelina Jolie, Chiwetel Ejiofor, Elle Fanning, Ed Skrein, and Harris Dickinson in Maleficent: Mistress of Evil (2019)

BAKI 2019 CAZZ FESTİVALI

Baku Jazz Festival Oktyabrın 18-dən 27-nə qədər davam edəcək, deməli bütün bu günlər ərzində axşam saatlarında zövqlü istirahət üçün imkanınız olacaq və bu imkanı mütləq dəyərləndirin. Festivalın hər bir günü maraqlı olmağı vəd edir. Biletlərin qiyməti 15-50 manat arasında dəyişir. Tələblərə 50% endirim var.

HAKAN MENGÜÇ İLƏ GÖRÜŞ

Bəli, internetdən izlədiyimiz və sevdiyimiz Hakan Mengüç -“Pozitiv düşün, Özün kimi olmaq cəsarətini göstər” adlı seminarı ilə Bakıya gəlir. Tədbir iştirakçıları həmçinin Mengüçün Ney ifasını da dinləyə biləcəklər. Onunla görüş Avropa Azərbaycan Məktəbinin konferans salonunda, Oktyabrın 19-da baş tutacaq, biletlərin dəyəri 30-40 manat arasındadır.

MOSKVA MÜASİR İNCƏSƏNƏT TEATRI BAKIDA

Siz Moskvaya gedə bilmirsinizsə, Moskva sizə gələr, özü də ən gözəl teatr əsərlərindən biri ilə. Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda, dahi rus yazıçısı Lev Tolstoyun “Anna Karenina” klassik romanının tamaşası baş tutacaq.

Qiymət 20 – 100 AZN

OKTYABR DUMANI

Türkiyənin ən yaxşı canlı performans qrupu Duman, 26 oktyabr 2019 tarixində Bakıda Azərbaycanlı pərəstişkarlarıyla görüşəcək. 2000-ci illərin əvvəllərindən bəri gənclərin sevimlisinə çevrilən Duman Elektra Event Hallda musiqi həvəskarlarına unudulmaz saatlar bəxş edəcək.

Qiymət 50 – 175 AZN

Oktyabr ayında vaxtınızı daha səmərəli keçirmək üçün oxuyacağınız kitabların listini də hazırlamışıq.

DOSTLAR İLƏ DÜŞBƏRƏ GÜNLƏRİ KEÇİRİN

Bu qədər tədbirdən sonra bir az rahatlamaq və dincəlmək istəsəniz, sərin axşamlardan birində İçəri şəhəri gəzməyə çıxın, sonra dostlarla birlikdə DÜŞBƏRƏ qonaqlığı edin. Soyuq havada milli yeməklərimizin yeri və dadı bir ayrı olur.

No photo description available.

EVİNİZİ HALLOWEEN VƏ YA PAYIZ TEMATİKASINDA DEKORASİYA EDİN

Bilirəm, deyəcəksiniz ki, Halloween bizim bayram deyil, amma bu evə çox gözəl əhval ruhiyyə qazandırır. Buna qarşısınızsa payız rənglərinə uyğun evdə dəyişiklik edin. Pozitivliyi hiss edəcəksiniz.

c




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir