qadin

Olduğunuzdan daha uzun və daha incə görünmək üçün nə etməlisiniz?

Baxış sayı: 1. 348

Əslində daha incə və uzun görünmək geyindiyiniz geyimlərdən aslıdır. Ayaqqabı rəngindən şalvar modelinə qədər seçdiyiniz geyimlər görünüşünüzdə mühüm rol oynayır. Bir neçə incə detallara fikir verərək olduğunuzdan daha uzun və daha incə görünə bilərsiniz.

 

  1. Uzun belli şalvarlar geyinin

Uzun bel dəbi ən çox qısa boylu qadınlar üçün nəzərdə tutulub. Aşağı bel dəbini artıq arxada qoyduq. Qısa boylu qadınlar ilin trendindən aslı olmamalıdırlar. Uzun belli ətəklər və şalvarlar geyinmələri tövsiyə olunur.

 

  1. Qısa ətəklər

Bilirsiniz ki, qısa ətək dəbi artıq keçib. Ancaq hər dəbin sizə yaraşıb-yaraşmadığına fikir vermədən, ilin dəbi olduğu üçün geyinmək sizi stil sahibi kimi göstərmir. Dəbdən aslı olmayaraq bədəninizə uyğun olan geyimləri geyinmək sizi daha stil sahibi bir qadın olaraq göstərəcək.

 

  1. Uzun libaslar geyinin

Qısa boylu qadınlara uzun libaslar yaraşmaz düşüncəsinə qapılmayın. Platformalı ayaqqabılar ilə geyinilən uzun libaslar, qısa boylu qadınları zərif və incə göstərəcək. Bu geyimdə fikir verməli olduğunuz tək bir nüans var, o da ayaqqabılarınız görünməməlidir.

 

  1. Naxışlı, xətli modellərdən uzaq durun

Naxışlı modelləri qəti şəkildə seçməməlisiniz. Çünki naxışlı parçalardan tikilən geyimlər qısa boylu xanımları kök göstərir. Əgər naxışlı və ya xətli parçalardan hazırlanmış geyimlər xoşunuza gəlirsə, düz xətli parçalardan hazırlanmış geyimlər seçin. Məsləhətimiz ilk növbədə belə geyimlər seçməyin və ya seçdiniz bu parçanı, bütöv geyim olaraq seçin. Yəni belə parçalardan hazırlanan geyimlərdə alt tərəf üst tərəfə nisbətən daha açıq tonda olsun və düz xətli parça seçin, eninə olan xətlər sizi qısa boylu və artıq çəkili göstərəcək.

 

  1. Enli dikdabanlar

Yeni kolleksiyada da ön planda olan enli dikdabanları seçsəniz, gözəl görünəcəksiniz.

 

  1. Krem tonları ayaqqabılar seçin

Ayaqqabı boyunuzun bitiş nöqtəsidir. Biləkdən bağlamalı ayaqqabı və ya baletka geyinin. Ayaqqanın rəngi bədəninizin rəngi ilə üst-üstə düşməlidir ki, boyunuzu qısa göstərməsin. Bədən tonunuzdakı ayaqqabı bütün geyimlərinizlə ahəng içində olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir