kosmetika

Ölkəmizin kosmetika bazarında vəziyyət necədir?

Baxış sayı: 202

Yadınızdadırsa, ötən il Gürcüstanda satılan kosmetik məhsullarda təhlükəli maddə – formaldehid aşkarlanmışdı. Həmin vaxxt Fransanın laboratoriyalarından birində yoxlanan bu vasitələr arasında  “Garnier”dən qırışlara qarşı krem, “Olivia” firmasından dırnaq boyası, “Amalfy” firmasının kəpəyə qarşı şampunu, “CLARİROL” saç boyası, “MAT” şirkətindən dodaq boyası, “MaxFactor” firmasından tuş, “Sunsilk” saç kondinsioneri, “Clear” şampunu və “Prestige” saç boyaları var idi.

Şübhəsiz,  bu araşdırma ölkədə istehlak məhsullarına dövlət nəzarətinin həyata keçirilməsinin təsdiqi idi.

Bəs Azərbaycan kosmetika bazarında vəziyyət necədir?

Azərbaycan parfümeriya bazarının araşdırılması ilə bağlı Azad İstehlakçılar Birliyinin  sədri Eyyüb Hüseynov bildirir ki, ölkənin parfümeriya bazarında külli miqdarda saxta, qaçaqmal yolu ilə gətirilən kosmetika malları var.

eyyub huseynov

“Qaçaqmal yolu ilə gətirilən, tərkibi yoxlanılmayan məhsullar təhlükəlidir.  E.Hüseynov bildirib ki, saxta kosmetik vasitələr dəriyə və sağlamlığa böyük zərər vurur. Saxta malları qiymət fərqi ilə fərqləndirmək mümkündür: “Hətta vəziyyət o yerə çatıb ki, mağaza sahibləri özləri alıcılardan saxta və ya orijinal məhsul istədiyini soruşur. Bu məhsullar dəri ilə təməsada olduğu üçün dəri xərçənginə və mədə-bağırsaq problemlərinə yol aça bilər”, – deyə birlik sədri əlavə edib.

Azərbaycanda kosmetik vasitələrin tərkibini yoxlayan mükəmməl labaratoriya olmadığını deyən E. Hüseynov əlavə edir ki, bu məhsulların tərkibi yoxlanılmadığı üçün böyük mağazalara da yol aça bilər: “Kosmetik vasitələr dəyişdirilməyən və qaytarılmayan məhsullar siyahısındadır. Biz istərdik ki, bu vasitələr həmin siyahıdan çıxarılsın”.

kosmetika

Kosmetoloq Diana Əliyevanın sözlərinə görə, saxta kosmetikanı orijinal kosmetikdan ayırmaq o qədər də asan deyil: “Bizim düşüncəmizdə var ki, bu firma brenddir, bunun saxta, keyfiyyətsiz məhsulu ola bilməz. Ancaq reallıq budur ki, biz sadəcə firmaların adına aldanırıq. O ki qaldı saxta məhsulların verdiyi zərərə, təbii ki, tərkibində zərərli maddələr olan bütün kosmetik vasitələr dəri xəstəliklərinə, vaxtından əvvəl qocalmaya səbəb ola bilər. Saxta dırnaq boyaları dırnaqların sıradan çıxması ilə nəticələnə bilər. Tərkibi bəlli olmayan pomadalar ağır mədə-bağırsaq probleminə də yol aça bilər”.

Kosmetoloq istehlakçılara kosmetik vasitələrdən az istifadə etməyi məsləhət görür: “Keyfiyyətini bilmədiyiniz məhsulu istifadə etmək bilərəkdən dəriyə zərər vermək deməkdir”.

Xatırladaq ki, formaldehid üzvi bir birləşmədir, suda, spirtdə asanlıqla həll olunan rəngsiz qazdır. Maddə selikli qişaya və dəriyə zərərlidir. Qıcıqlanma, qaşınma, səpki yaradır. Bu maddə kanserogenlər siyahısına daxil edilib, buna görə də bu maddə ilə daim təmasda xərçəng ehtimalı kəskin artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir