corek

Ölümə səbəb olan köhnə qidaların fəsadları – QASTROENTEROLOQ AÇIQLADI

Baxış sayı: 1. 362

İngiltərədə ailələr hər il 7 milyon ton qida və içkini zibilliyə atırlar. Bunların çoxu istifadə müddəti keçmiş qidalardır. Azərbaycanda isə əksər zaman “Malım zibilliyə gedincə qarnıma getsin” misalını çəkərək həmin qidalardan istifadə edirlər. Çox zaman kiflənmiş qidaların həmin kifli hissəsi çıxarılaraq yenidən yeyilir. Təəssüf ki, bəzən isə bu təhlükəni piştaxtalarda da görürük. Mütəxəssislər isə hər iki halla bağlı həyəcan təbilii çalır.

Qastroenteroloq Nuranə Məhərrəmova bildirir ki, kiflənmiş və ya keyfiyyətsiz qida mədəyə ilk daxil olan zaman mədə  şirə ifrazının pozulması baş verir: “Bu zaman mədənin turşuluğu artmağa başlayır, mədənin gördüyü funksiya çətinləşir. Mədə bağırsaq sistemində pozulmalar müşahidə edilir. Mədə daxilində olan turşunun qələvi balansı pozulur ki, bu da mədənin divarının zədələnməsinə gətirib çıxarır”.

 

Həzm sistemində  pozulmalar özünü hansı simptomlarla biruzə verir? 

Həkimin sözlərinə görə, ürək bulanma, qıcqırma, qarın ağrısı, şişkinlik, diskomfort hissinin yaranması, vaxtı keçən və ya kiflənmiş qidalardan istifadənin törətdiyi fəsadlardır.

“Həddindən artıq köp olur. Mədə qıcqırması, gəyirmə halları da baş verir. Ağızdan turş tam gəlir, güclü baş ağrıları, qəbizlik, bəzən isə ishal baş verir. Beləliklə mədə xorası, qastrit kimi xəstəliklər də yaranmağa başlayır. Hətta qaraciyər xəstəliklərinə qədər gətirib çıxara bilir”, – deyə Məhərrəmova bildirib.

Mütəxəssisin sözlərinə görə, şəkər xəstələri, yüksək təzyiqdən əziyyət çəkən insanlarda belə hallar daha çətin formada baş verir. Belə ki, xəstəliyin artması, xəstənin krizlərə girməsinə qədər ağırlaşmalar yarana bilər.

Keyfiyyətsiz qidaların bağırsaqda infeksion pozulmalar yaratdığını deyən qastroenteroloq, qıcıqlanmış bağırsaq sindromunun belə pozulmalardan meydana çıxdığını deyib.

Həkim insanların düzgün bilib gündəlik etdiyi böyük yanlışdan da söz açdı: “Kiflənmiş qidalardan istifadə başlıca olaraq bapulizm adlandırılan xəstəliyi yaradır. Belə ki, vətəndaşlar hazır konservləşdirilmiş qidalar alırlar. Bəzən isə qapağını açdıqdan bir neçə gün sonra yenidən istifadə edirlər. Bu çox yanlışdır. Çünki bu zaman kif göbələyi orqanizmə düşür və güclü xəstəliyə səbəb olur. Hətta bu hal ölümlə də nəticələnə bilər”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir