sevgi

Ölüm sizi ayırmayanadək: Xoşbəxt evliliyin sirləri

Baxış sayı: 583

Cütlüklərlə görüşlərə gedin

Müxtəssislər qeyd edir ki, xoşbəxt ailəlik həyatı yaşayan insanlarla dostluq sizin də evliliyinizə müsbət təsir göstərə bilər. Onlarla ünsiyyət qurmaq, məsləhət almaq müsbət nəticə verə bilər.

Qeyd etmək lazımdır ki, bu cür cütlüklərlə görüşlərə gedərkən seks və pul kimi mövzulardan yayınmaq lazımdır.

Netflix-də ailəvi izləyə biləcəyiniz 20 ən yaxşı serial

Həyat yoldaşınızı qəbul etməyə öyərnin

Alimlər deyir kiŞ mübahisə zamanı bu faktı qəbul etmək lazımdır ki, sizin həyat yoldaşınız və ya sevgiliniz ən yaxşı hisslərdən bunu edir. Onun fikri sizinki ilə üst-üstə düşməsə belə. Bu cür tolerant yanaşma kompromissi daha tez tapmağa imkan yaradır.

sevgi

Həftədə ən azı bir dəfə sekslə məşğul olun

Bildiyimiz kimi, seks zamanı insanda “xoşbəxtlik hormonu” sayılan endorfin ifraz olunur. Amma endorfin nə qədər çox olsa prinsipi o qədər də uğurlu deyil. Məlum olub ki, xoşbəxt ailə həyatı üçün həftədə bir dəfə sekslə məşğul olmaq yetərlidir.

seks

Mübahisə etməkdən çəkinməyin

Ailə terapevti Devid Klou hesab edir ki, mübahisə – ailə həyatının vacib hissəsidir. O həm də münasibətlərinizin nə qədər möhkəm olmasını göstərə bilər. Bu məşq kimi bir şeydir. Bütün çətinliklərdən keçdikdən sonra daha güclü olacaqsınız.

O həmişə prioritetdə olmalıdır

Həyat yoldaşınıza həmişə diqqət yetirin. Uşaqları yatırdıqdan sonra bir-birinizə vaxt ayırın. Ayda heç olmasa bir dəfə restornda başbaşa şam edin. Bir sözlə ailə həyatının uzun və xoşbəxt olması yalnız sizdən asılıdır.

sevgi

Rəqs edin

Çox sadə, lakin səmərəli məsləhətdir. Bədən dili kommunikasiyanın ayrılmaz hissəsidir. Sizin rəqs zamanı etdiyiniz hərəkətlər kompromisə hazır olub-olmadığınızı, həyat yoldaşınıza nə qədər hörmət etdiyinizi və s. dərhal biruzə verir. Bəzən bir rəqs min sözdən daha çox həll edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir