olum

Ölümdən sonrakı həyat – ARAŞDIRMA

Baxış sayı: 1. 961

Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri bildiriblər ki, insanın şüuru hətta onun ölümündən sonra da yaşayır və düşünür. Odur ki, cismin ölməsi şüurun son mərhələsi deyildir.

Britaniya alimləri kliniki ölüm yaşayan 2 min könüllünün iştirakı ilə tədqiqat aparıblar. Tədqiqat çərçivəsində mütəxəssislər sübut etməyə çalışıblar ki, fiziki ölüm gələndə insanın fikirləri başqa instansiyaya köçür.

Bu tədqiqatdan əvvəl hesab edilirdi ki, ürək dayanandan 30 saniyə sonra beynin də fəaliyyəti donur. Lakin yeni tədqiqatın nəticələri sübut edib ki, kliniki ölüm başlayandan sonra insan şüuru hələ təqribən 3 dəqiqə fəaliyyət göstərir.

Alimlər könüllülərdən əldə etdikləri informasiyanı təhlil edəndən sonra bu qənaətə gəliblər. Tədqiqat iştirakçılarının çoxu bildirib ki, kliniki ölüm vaxtı baş verənlərin hamısını xatırlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir