qida

Ömrü uzadan qidalanma rasionu

Baxış sayı: 239

Alimlər daha uzun və sağlam həyat yaşamağınıza kömək edəcək pəhrizin olduğunu bildiriblər. Bəzi araşdırmaların nəticələri göstərib ki, bitki məhsullarına əsaslanan pəhrizlər buna kömək edə bilər.

Ekspertlər vegetarian pəhrizin bir çox ağır xəstəliklərin qarşısını almaqda effektli rola malik olduğunu irəli sürüb.

Tədqiqatçılar həmçinin belə qənaətə gəliblər ki, hər şey yeyən insanlarla müqayisədə vegetarianların bədən kütləsi indeksinin artması, ümumi xolesterinin artması, həmçinin aşağı sıxlıqlı lipoprotein xolesterin və qanda qlükoza səviyyəsinin yüksəlməsi kimi vəziyyətlər nəzərəçarpacaq dərəcədə azdır.

Tədqiqatçıların fikrincə, hətta vegetarian pəhriz də bariz qoruyucu təsirə malikdir və ürək-damar xəstəliklərindən ölüm hallarını 25% azaldır. Bu pəhriz həm də xərçəngdən ölümlərin 8% azalmasını təmin edir.

“Əgər vegetarian pəhrizə əməl edirsinizsə, hər gün ən azı 5 porsiya müxtəlif tərəvəz və meyvələr yeyərək doymuş yağlarla zəngin qidaların qəbulunu məhdudlaşdırmaqla və duzun miqdarına nəzarət etməklə ürəyinizin sağlamlığına nəzarət etməlisiniz”, – mütəxəssislər xəbərdarlıq edib. (“Publika.az”)0000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir