uzunomurlu

Ömür uzunluğunu necə artırmaq olar?

Baxış sayı: 461

“Limfa sistemi insan ömrünün uzunluğunda mühüm rol oynayır. Onu sağlam saxlamağın isə müəyyən yolları var”.

Bunu ürək cərrahı Cerald Lemol bildirib.

Həkimin sözlərinə görə, limfatik sistemin fəaliyyətini yaxşılaşdırmaq üçün həftədə bir dəfə 15 dəqiqəlik isti vanna və ya sauna, masaj, yeməklərdə darçın, reyhan, pul bibər, oreqanodan istifadə etmək, mahnı oxumaq, trambolin və ya mini-batutda tullanmaq, yoqa, böyük miqdarda qoz-fındıq və nar yemək, həftədə bir neçə dəfə üzmək, qaçmaq, velosiped sürmək, gündə ən azı bir litr su içmək, sutkada yeddi saat yatmaq və dərindən nəfəs almaq faydalıdır.

Lemol əmindir ki, bu tövsiyyələrə əməl olunması ömür uzunluğunun artmasına da müsbət təsir göstərəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir