yazicilar

Onlar belə sevdilər – Yazıçılarımızın eşq macəraları

Baxış sayı: 1. 205

Aşıq Ələsgər

Image result for aşıq ələsgər

Məşhur dastandan bildiyimiz kimi, Səhnəbanı adlı qızı sevib. Kasıb olduğuna görə, qızı ona verməyiblər. Aşıq Ələsgərin Səhbnəbanıya həsr etdiyi şeiri də var.

Deyilənə görə, Aşıq Ələsgər ölüm ayağında olanda ondan nə istədiyini soruşurlar? Aşıq cavab verir: “Səhnəbanını görmək istəyirəm.” Qohumlardan biri sənətkarın bu sözünü Səhnəbanıya çatdırır. Səhnəbanı heç nədən çəkinmədən ağlaya-ağlaya Ələsgərin görüşünə gəlir. Ancaq aşığın bu işə görə qohumlarına acığı tutur: “O, məni belə görsün demədim, mən onu görmək istəyirəm dedim!”

 

Mikayıl Müşfiq

Image result for Mikayıl Müşfiq

Müşfiq ilk baxışdan vurulduğu Dilbəri Azərbaycan Pedaqoji Universitetinin buraxılış gecəsində görüb. Gecədən əvvəl şair koridorda, pəncərənin qarşısında durubmuş. Dilbər əmisi arvadı ilə onlara yaxınlaşır. Əmisi arvadı Müşfiqi tanıyırmış. O, Dilbərlə Müşfiqi tanış edir və nağıla bənzər eşq macərası beləcə başlayır.

 

Səməd Vurğun

Image result for Səməd Vurğun

Səməd Vurğunun Dürrə adlı bir qıza aşiq olub. Ancaq Dürrə ona getməyib, bir prokurorla ailə qurub. Səməd tanınmış şair olanda hansısa tədbirdə Dürrə və onun prokuror əri ilə qarşılaşır. Yan keçir. Dürrə şairin eşidəcəyi səslə deyir:

– Səmədi mən şair elədim!

Səməd Vurğun çevrilib, deyir:

– Şair edənsən, yanındakı öküzü də elə, kəramətini görək!

 

Aşıq Şəmşir

Image result for aşıq şəmşir

Gəncliyində Sənəm adlı bir qızı sevib, amma qovuşmayıblar. İllər sonra oğlu Qəmbər müəllim bu söhbəti eşidib atasından soruşur. Atası danmır, deyir, elə bir sevgim var idi, amma ilahi bir sevgi idi. Şəmşir öləndən sonra Sənəm gedib onun qəbrinin üstündə ağlayırmış. Aşığın qırx mərasimi günü isə Sənəm də dünyasını dəyişir.

 

Mirzə İbrahimov

Image result for Mirzə İbrahimov

Əslən cənubdan olan Mirzə İbrahimov yetim, kimsəsiz gənc imiş. Varlı, şöhrətli ailədən sevdiyi qız ona uzun müddət “yox” deyib. Nəhayət işə Səməd Vurğun qarışıb. Qızın da, ailənin də razılığını Səməd Vurğun alıb. Mirzə İbrahimovun ailə qurub ev-eşik yiyəsi olmasına Üzeyir Hacıbəyov da yaxından kömək edib.

 

İlyas Əfəndiyev

Image result for İlyas Əfəndiyev

İlyas Əfəndiyev Tövsiyyə adlı həyat yoldaşını ədəbi görüşlərin birində görüb və ona aşiq olub. Yazıçı erkən vəfat edən həyat yoldaşından sonra düz 50 il – ömrünün sonunacan ailə qurmayıb.

 

İsmayıl Şıxlı

Image result for İsmayıl Şıxlı

 

Sevdiyi qızı düz 7 il ona verməyiblər. Qohum olsalar da aralarında qan düşmənçiliyi varmış. Evə elçi gələndə qızın atası çıxıb gedirmiş. Milli adət-ənənədən əziyyət çəkən bu sevgi çox çətinliklə xoşbəxt sonluğa çata bilir.

 

Hüseyn Arif

Image result for Hüseyn Arif

 

Ağstafada qonşu yaşadıqları Aşıq Mirzənin qızı Bənövşəni sevib. Ancaq əsgərliyə gedib gəlincə Bənövşə ailə qurub və boşanıb. Hüseyn qayıdıb qızı istədiyini deyəndə, sirr açılıb və o, Bənövşə ilə evlənməkdən vaz keçib. Bənövşə ömrünün sonunacan tək yaşayıb. Hüseyn Arifin şeirlərindəki nakam sevginin obyekti bu qadındır.

 

Əli Kərim

Image result for Əli Kərim

Altay Məmmədovun “Tanıdığım Əli Kərim” kitabında yazır: “Günlərin birində Əli ilə Bakı kəndlərinin birinə yolumuz düşdü. Möhkəm isti id. Küçə aşağı enəndə qarşımızdan bir qız keçdi, baxdım ki, Əlinin rəngi avazıdı. Nə qədər elədim, o qız haqqında mənə heç nə demədi. Amma hiss etdim ki, bu qız onun həyatından ilk məhəbbət kimi ötüb keçib. Sonra mən Əliyə nə qədər elədim, o, həmin küçəni axıra qədər getməyib geri qayıtdı.”

 

Nəriman Həsənzadə

Image result for Nəriman Həsənzadə

Nəriman müəllim də həyat yoldaşı Saranın ölümündən sonra evlənmədi. Onun Saraya həsr etdiyi şeirlərdən ibarət ayrıca kitabı var.

 

İsa Hüseynov

Image result for İsa Hüseynov

İsa Hüseynovun həyat yoldaşı Füruzə qohumudur. Uzun müddət uşaqları olmayıb. Qohumlar nə qədər təkid etsələr də İsa həyat yoldaşını boşamayıb. Hətta xanımını gərginlikdən qurtarmaq üçün heç bir Azərbaycan kişisinin etmədiyini edib: uşağın olmaması probleminin qadında yox, özündə olduğunu deyib! Tanrı sanki onun bu fədakarlığını qiymətləndirərək illər sonra onlara bir qız hədiyyə edib.

Yusif Səmədoğlu

 

Image result for Yusif Səmədoğlu

Yusif müəllimin anası Xavər xanım onun gələcək həyat yoldaşının anası ilə tanış imiş. Yazıçı onun məsləhəti ilə evlənib. Daha doğrusu, anasının bu sözü ilə: “Səməd ölüb, tək qalmışam!” Bu sözdən sonra Yusif gələcək həyat yoldaşını görməyə gedib və onu bəyənib. Bir həftə içində nişanlanıblar. Evlənəndən sonra qısqanclığından işləməsinə razı olmayıb. Yazılarında və düşüncəsində çağdaş biri olan Yusif Səmədoğlu qadın-kişi münasibətlərində çox mühafizəkar imiş.

 

İsi Məlikzadə

Image result for İsi Məlikzadə

Qarabağda doğulan İsi Məlikzadənin həyat yoldaşı bakılıdır. Onlardan əvvəl Bakıdan qız alıblarmış. Tələbə vaxtı qohumların evində qalan İsi Məlikzadə gələcək həyat yoldaşını bu vəsilə ilə tanıyır və sevir. Qız tibb bacısı imiş.

 

Ağa Laçınlı

Image result for Ağa Laınlı

Ağa Laçınlı Ağdamdan qız sevib. Şairin ailəsi ilə qızın ailəsinin dostluğu ulu babalara qədər gedib çıxırmış. Qızı sevmədiyi adama nişanlayıblar. Bir-birini sevən cütlük birbaşa təyyarə ilə Moskvaya qaçıb. Qız tərəfin adamları Ağa Laçınlını öldürmək istəyib. Ancaq aradan keçən zaman iki ailə arasındakı buzları əridib.

 

Vaqif Bayatlı

Image result for vaqif bayatlı

Vaqif Tamam Bayatlını sevirmiş. Qeyri-adi gözəlliyi olan Tamam xanımı o zaman Xarici Dillər Universitetində “Türkan Şoray” kimi tanıyırmışlar. Tamam xanım da Vaqifi sevib, onu şair kimi çox yüksək qiymətləndirib. Elçiliklərini isə Anarla Kamal Abdulla edib.

 

Nüsrət Kəsəmənli

Image result for Nüsrət Kəsəmənli

Sevda adlı bir qızı sevib. Kasıb olduğu üçün qızı ona verməyiblər. Sonralar Sevda xərçəng xəstəliyinə tutulur və həyatdan köçür. Nüsrət bu əhvalatı həyat yoldaşı Rəhilə xanıma danışıbmış. Hətta birlikdə gedib Sevdanın məzarını ziyarət edirmişlər.

Nüsrət Kəsəmənli məşhur “Bir sevda ağlayır içimdə mənim” şeirini də ona həsr edib.

 

Ramiz Rövşən

Image result for Ramiz Rövşən

Tələbə vaxtı bir qızı sevib, amma heç vaxt ürəyini ona açmağa cürət etməyib. Ramizin sevgisini qıza yaxın dostu Seyran Səxavət çatdırıb. Lakin bundan sonra da utancaq şair qızla ünsiyyət qura bilməyib. Onun bu platonik hissləri məşhur “Ayrılıq” şeirini yaradıb. Daha doğrusu, şeirin ilk iki bəndini. Qalanını iyirmi il sonra yazıb və əslində ünvanlı yazılmış şeirə geniş, fəlsəfi məzmun verib.

 

Salam Sarvan

Image result for Salam Sarvan

Salam Sarvan 80-ci illərin xalq hərəkatında tələbə yoldaşları ilə mitinqə gedir. Həmin vaxt Ceyhunə xanımla tanış olur. Ceyhunə xanım həmin günləri belə xatırlayır: “Dərnəgüldə üzbəüz yataqxanalarda yaşayırdıq. Hara gedirdimsə, orda Salamı görürdüm. Dərsə gedirəm, Salam dayanacaqdadır, dərsdən çıxıram, universitetin qarşısında dayanıb. Bir də gördüm ki, ətrafımdakı bütün insanların yaxını, əzizi olub. Bir müddətdən sonra hiss elədim ki, artıq mənim də əzizimə çevrilib.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir