TAYFA

Onlar inək qanı ilə qidalanır, lüt gəzirlər – QƏRİBƏ TAYFA

Baxış sayı: 1. 083

Şərqi Afrikada müasir svilizasiyadan geri qalan Bodi qəbiləsini tanıyan hələ də belə insanların mövcudluğuna təəccüblənməyə bilmir. Fransız fotoqraf Eric Laforqunun çəkdiyi fotolar və verdiyi məlumatlardan sonra həmin qəbilə məşhurlaşıb. Qeyd edək ki, bu qəbilənin çox maraqlı və qeyri-adi adətləri var.

Şərqi Afrikadan 760 kilometr uzaqlıqda məskunlaşan bu qəbilə üzvləri əsasən inək qanı ilə qidalanırlar. Onların öz tanrısı və inancları var. Bu qəbilə üzvləri “Engai” adlandırdıqları tanrıya inanırlar.

Burada bütün problemləri tayfanın yaşlı nümayəndələri həll edir. Yəni onlarda əsas söz yaşlı insanlarındır. Onlar arasında mübahisə düşdükdə aralarından seçilən ən yaşlı adam mübahisəyə aydınlıq gətirir.

Daha bir qəribə adət isə iki tayfanın mübahisəni bir-birilərinə vəhşi heyvan başlarını verməklə münasibətlərə aydınlıq gətirməsidir.

Adətən lüt gəzən tayfa üzvləri qonaq qəbul etməyi çox sevirlər. Bu qəbilədən olan tayfaya qonaq gəldikdə böyük bayram keçirirlər. Onlar qonağa görə bədənlərinin müəyyən yerlərini örtürlər. Ən yaxşı evdə qonaq saxlayırlar. Hətta əziz qonaqlarına çox sevdikləri inək qanından da təklif edirlər.

Bodi qəbiləsində ən vacib məqamlardan biri də insanların kök olmasıdır. Bu qəbilədən olan qadınlar günün çox vaxtını evdə bəzənməklə keçirirlər.

Bundan başqa, qadınların ən çox məşğuliyyəti bəzək əşyaları düzəltməkdir. Onlar fil tükündən, sümüyündən, eləcə də, vəhşi heyvanların buynuzundan, dişindən bəzək əşyaları hazırlayırlar.

Hazırladıqları bəzək əşyalarını isə gələn turistlərə satırlar. Hətta onların bu bəzək əşyalarını satdıqları dükan belə var.

Onların maraqlı toy adətləri var. Toy zamanı 30-a qədər iribuynuzlu heyvan kəsilir. Onların qanını bədənlərinə sürtürlər və içirlər. Özləri hazırladıqları alətlərdən musiqi çalırlar və rəqs edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir