ziya

“Onlar olmasa, biz kimin üçün yeməklər bişirəcəyik?” – Baş aşpazla MÜSAHİBƏ

Baxış sayı: 305

“Naftalan Otel Qaşaltı sanatoriyasında müalicə almaq üçün gələn müştərilər neft ilə günəş şüasından, elektrik və şüa müalicəsindən, müalicəvi gimnastikadan, müalicəvi mineral suları, tibbi masaj qəbulundan və pəhriz yeməklərindən faydalana bilərlər”.

“Gencaile.az” mövzuya marağı və aktuallığı nəzərə alaraq, Xeberle.com-a istinadən Naftalan Otel Qaşaltı-nın baş aşpazı olan Ziya Şahbazov ilə müsahibəni təqdim edir.

 

– Naftalan Otel Qaşaltı sanatoriyasında hansı ölkələrin yeməklərindən istifadə edilir?

– Bizim sanatoriyada Azərbaycan, İspaniya, Türkiyə, İtaliya, Fransa, Yunanıstan, Ərəbistan, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrə məxsus olan ləziz təamlar hazırlanır.

 

– Müalicə alan qonaqlar üçün xüsusi pəhriz yeməkləri hazırlanırmı?

– Qonaqlarımız üçün təbii ki, bir neçə növ xüsusi pəhriz yeməyi hazırlayırıq. Soyuq qəlyanaltıdan başlayaraq (vitaminlə zəngin olan tərəvəz salatlar), səhər yeməyi (suda bişmiş şəkərsiz sıyıqlar), isti yeməklər (buxarda bişmiş qarışıq tərəvəzlər və xüsusi pəhriz resepti ilə bişmiş toyuq və ət).

 

– Sanatoriyanızın tərkibindəki “Lobby Lounge”da əlavə hansı təamlar müştərilər üçün təklif edilir?

– Lobby Lounge-da müştərilər üçün, təbii sıxılmış təzə meyvələrdən və tərəvəzlərdən şirələr, İtalyan pitsalar, bizim kabablar və sac yeməkləri, müxtəlif çeşiddə olan sendviclər və s. təklif edilir.

 Ziya Sahbazov

 – Sanatoriyaya gələn xarici qonaqlar Azərbaycan mətbəxinin hansı ləziz yeməklərindən dada bilirlər?

Və ən çox sevdikləri təam hansıdır?

– Sanatoriyaya gələn xarici qonaqlar bizim açıq bufet tipli restoranımızda və “Lobby lounge”da Azərbaycan mətbəxinin ləziz yeməklərindən dada bilərlər. Məsələn, onlara ənənəvi aş qara plovumuzdan, toyuq ləvəngimizdən, Goranboy bozartmasından, əriştə şorbasından, dovğadan, quzu buğlamasından, Şəki pitisindən və digər yeməklərdən təklif edirik. Qonaqların ən çox sevdikləri yeməklər elə adlarını çəkdiklərimdir və təbii ki, milli şirniyyatlarımız və təndir çörəyimiz.

 

– Sizin müştərilərə təqdim etdiyiniz menyu digər sanatoriyaların təqdim etdiyi menyulardan nə ilə fərqlənir? Sanatoriyaya məxsus xüsusi yeməklər varmı?

– Bizim menyu digərlərindən çesidi ilə, məhsulumuzun keyfiyyəti ilə fərqlənir. Biz təamları gigiyenik qaydalar ilə, kimyəvi qatqılardan istifadə etməməklə hazırlayırıq. Bundan başqa sanatoriyamız Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə əməkdaşlıq edir. Sanatoriyamizda bir neçə xüsusi yeməyimiz var. Amma ən tanınmış təam Goranboy bölgəsinə məxsus olan mal ətindən bozartma adlı yeməkdir.

 

– Qonaqların təklif və iradları nə dərəcədə nəzərə alınır?

– Əlbəttə, qonaqlarımız təklifləri və iradları ciddi şəkildə nəzərə alınır. Bizim üçün birinci növbədə qonağın istəkləridir. Onlar olmasa, biz kimin üçün yemək bişirəcəyik? Və bu səbəbə görə çalışırıq qonaqlarımızın sayı artsın və sanatoriyamızın adını digər sanatoriyaların arasında daha da yüksəldək.

 

– Qonaqların məmnun edilməsi üçün əlavə hansı addımlar atılır?

– Onları yemək saatlarında qarşılayıb söhbət edirəm və yeməklə bağlı fikirlərini və istəklərini öyrəndikdən sonra yerinə yetirilməsinə çalışıram. Qonağımızın doğum günü olanda onun üçün xususi bir tortu təntənəli şəkildə təqdim edirik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir