Onlayn alış-veriş zamanı niyə diqqətli olmaq vacibdir?

Baxış sayı: 1. 359

Texnalogiyanın inkişafı insanların işini asanlaşdırmaqda davam edir. Çölə çıxmaq əvəzinə evdə vaxt itirmədən onlayn yolla bir çox işi qısa zamanda həll etmək mümkündür. Son zamanlar asanlaşan bu işlərin siyahısına bir də onlayn alış-veriş əlavə olunub. Xüsusilə körpəsi olan analar internet vasitəsilə ehtiyaclarını almağa çalışırlar. Lakin hər işin müsbət tərəfi olduğu kimi zərərləri də ola bilər. Belə ki, ana və körpələr üçün olan məhsulların internet üzərindən satın alınması ciddi riskləri də özündə daşıyır. Mütəxəssislər körpə və uşaq ayaqqabılarında ediləcək səhv bir seçimin gələcəkdə ciddi problemlərə yol açacağını bildirirlər.

Virtual aləmdə edilən alış-verişi bəziləri uyğun qiymətinə görə, bəziləri isə daha çox çeşid olduğu üçün seçirlər. Əsas məsələ uşaqların sağlamlığı olduğu üçün valideynlərin daha həssas davranması vacibdir. Hal-hazırda yetişkin bir fərdin virtual mühitdən özü üçün alış-veriş etməsi çox asandır. Lakin söhbət uşaqlardan gedirsə hər bəyəndiyinizi səbətə atmağınız qarşılaşmaq istəməyəcəyiniz nəticələri də özü ilə gətirə bilər. İnternet mühitində mağazaların satdıqları məhsullarda etibarlılıq mözvusu ən şübhəli məsələlərdən biridir. Demək olar ki, hər internet istifadəçisi onlayn mağaza aça bilir. Bu da milyonlarla nəzarətsiz məhsulun satışına şərait yaradır. Mütəxəssislər valideynlərə keyfiyyətindən əmin olmadıqları markalar xaricində onlayn alış-verişdən mümkün olduqca uzaq dayanmaları məsləhət görürlər. Belə yerlərdən alınacaq bir məhsul uşağın ayaq quruluşunu pozaraq çox ciddi problemlərə səbəb ola bilər. Əvvəlcə özünü göstərməyən problemlər gələcəkdə övladınızın səhhətində ciddi fəsadlar əmələ gətirə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir