onlayn ders

Onlayn təhsil uşaqların psixikasına necə təsir edir?

Baxış sayı: 701

Virtual məktəb, onlayn təhsil uşaqların psixikasına müxtəlif təsir göstərir. İnternetin zəif olması, müxtəlif evlərdən gələn səslər, uşaqların kopmuter qarşısında davranışları onların psixikasına zərbə vurur.

“Ötən gün axşam işdən evə gələndə 7-ci və 8-ci sinifdə oxuyan övladlarımın aqressiv davrandığını gördüm. Onlayn şəkildə təhsil alan uşaqar əvvəlcə internetin zəif olmasından, daha sonra isə qarşı tərəfdə olanların internetinin zəif olmasından, dərsi başa düşə bilməmələrindən şikayətlənirdi” – deyən Bakı sakini İlahə Əliyeva bildirir ki, özü uşaqların təhsildən geri qalmaması üçün bacardığı şəraiti yaradıb.

Ancaq internet problemi, dərslərə qoşula bilməmə, bəzi dərslərin düzgün zamanda planlanmaması, bəzi dərslərin yalnız virrual məktəblə deyil, WhatsApp və Zoom-la keçirilməsi onları ciddi yorur.

“Oğlum deyir ki, “ana, mən məktəbə getmək istəyirəm, onlayn təhsil məni yorur. Bütün gün kompüter qarşısında olmalıyam, başım və gözlərim ağrıyır”. Qalmışam çarəsiz. Hər gün də koronavirusa yoluxan şagirdlərin statistikası açıqlanır. Nə edim, necə edim, bilmirəm…”

 

Onlayn təhsil uşaqların psixikasına necə təsir edir?

onlayn ders

Psixoloq Ramin Hacıyev deyir ki, virtual dərslər uşaqlara fərdi olaraq təsir edir. Məsələn, özünə qapalı olan, məktəbə gedəndə heç kimlə qaynayıb-qarışmayan uşaqlara bu yaxşı əsir edir.

“Minimum kontakt sevən uşaqlar ekranda müəllimlə qısa kontaktda olur, dərs bitir. Yəni, virtual məktəbin onlar üçün əks təsiri olmur. Əksinə, zövq qalırlar. Ancaq məktəbə təkcə dərs üçün deyil, ünsiyyət, dostluq, qaynayıb-qarışmaq üçün gedən uşaqlar üçün virtual məktəb qəbulolunmazdır. Çünki belə uşaqlar ünsiyyəti itiriblər. Və virtual məktəbi çətin qəbul edirlər” – deyən psixoloq vurğulayıb ki, onlayn təhsilin uşaqlar üçün müsbət və mənfi təsirləri var.

Belə ki, bəzi uşaqlar onlara tapşırılan dərsləri dərslikləri kameradan kənarda qoyaraq, kitabın üzündən oxuyurlar. Və yaxud internetin olmaması bəhanə edilə bilər. Yəni, dərsdən yayınmaq istəyən uşaqlar üçün onlayn təhsil əlverişlidir.

onlayn tehsil

Psixoloq Zeynəb Eyyubova bildirir ki, göz təması, üz-üzə baxış, təmas çox əhəmiyyətlidir. Ancaq təəsüf olsun ki, virtual məktəb layihəsində bunların heç biri yoxdur: “Təsəvvür eidn, dərs oxumaq üçün hər uşaq bir otağa keçir. Hər evdən bir səs gəlir. Müəllim bilmir ki, səsləri tənzimləsin, yoxsa dərs keçsin. Azərbaycan üçün bu layihə hələ çətin qbul ediləndir. İnterneti, ailədə 3 uşağı olub, telefon və kompüteri olmayan evlər var. Şəhərdə yaşayan insanlarla, bir qədər ucqar ərazilərdə yaşayan insanları müqayisə etsəniz, virtuallığın hansı dərəcədə qəbul edilyini bilmiş olarsınız”.

Psixoloq bildirir ki, onlayn təhsil prosesi ilə bağlı müxtəlif videoçarxlar sosial şəbəkələrdə yayılır. Uşaqların dərs zamanı başqa işlərlə məşğul olması, fikrinin dərsdən yayınması, eyni anda 20-30 uşaqla kontakta girməsi bir daha sübut edir ki, onlayn təhsil uğursuz olacaq.

Z. Eyyubova vurğulayır ki, 1 ci siniflər 70-ci sinifin virtual dərsləri qəbul etməsi eyni deyil: “Yeddi yaşlı uşağın diqqət müddəti 5-7 dəqiqədir. On birinci sinif şagirdinin diqqət müddəti isə 10-15 dəqiqədir. Dərs zamanı müəllimin uşaqlara müraciəti, dərs arası digər replikalar, dərs zamanı evlərdən gələn müxtəlif səslər nəticəsində dərs müddəti keçir, ancaq orta nailiyyət yoxdur. Əgər uşaq şeir deyən zaman internet donursa, müəllim dəfələrlə təkrar etməsini istəyirsə, bu uşağa təsir edir”.

Psixoloq bildirir ki, illərlə uşaqların televizor, komputer, telefon və planşetlərdən uzaq tutulması təbliğ edilib. Bu cihazların uşaqlara zərərləri aşılanıb. Ancaq indi uşaqlara bu alətləri özümüz veririk: ” Birinci sinif şagirdinə onlayn təhsilin verilməsi, bunun uşaq tərəfindən qəbul edilməsi nə dərəcədə mümkündür? Bilmirəm!”.

Valideynlər üçün distant təhsil təlimatı • Melissa Group

Təhsil eksperti Qoşqar Məhərrəmov bildirir ki, onlayn təhsilin uşaqların psixikasına mənfi təsirləri var. Bu uşaqlarda kompüter aludəçiliyinə gətirib çıxara bilər: “Həddi-buluğa çatan uşaqlar çox zaman valideyninə deyir ki, dərs oxuyur. Valideyn buna nəzarət etməsə, şagirdlər yaşlarına uyğun olmayan oyunlara aludə ola bilər, videolara baxa bilər. Kompüter və planşet uşaqda vərdiş halına çevrilə bilər”.

Ekspert həmçinin vurğulayıb ki, ibtidai sinif şagirləri onlayn təhsillə tətmin olmur. Çünki onlar öz davranışlarını və bacarıqlarını sərgiləyə bilmirlər.

“Onlayn təhsildən müəllim də, şagird də eyni təsirə məruz qalır. Onlayn təhsil zamanı mimikalar və bədən dili zəif qalır. Bədən dili və mimika olmadığı üçün ünsiyyət zəifləyir. Ünsiyyət tədris üçün çox vacibdir. Şagirdlər sevgisiz heç nə öyrənə bilmir. İnternet mühitində isə bu hissin yaranması mümkün deyil” – deyə ekspert bildirib.

İnternetin məhdudlaşdırılması ilə distant təhsil necə təşkil olunacaq? - VİDEO - xeberler

Belə…

Bu ilin mart ayından uşaqlar onlayn təhsil sisteminə istiqamətləndirildi. Bir çox ekspertlər onlayn təhsilin uşaqlar arasında təhsil uçurumunu dərinləşdirdiyini iddia etsə də, bir çox ailələr onlayn təhsilə qoşula bilməsə də, pandemiya səbəbi ilə hələ ki, ölkədə onlayn təhsil davam edir. Bir tərəfdə təhsildən kənarda qalanlar, digər tərəfdə isə onlayn təhsilə qoşulub, stress keçirən şagird kütləsi var. Belə görünür ki, gələcəyimiz sual altındadır…

 

İradə Cəlilova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir