burcler

Onun sizi necə tərk edəcəyini öyrənin! – Bürclər yalan danışmaz!

Baxış sayı: 228

Hər kəs həyatının müəyyən dövründə sevir, sevilir, tərk edir və ya tərk edilir. Hamı istəyər ki, tərk edilərkən vəziyyətə tez uyğunlaşsın və buna hazır olsun. Bunun üçün sevgilinizin bürcünü bilməyiniz kifayətdir. Belə ki, onun bürcünə baxaraq ayrılıq qərarından sonra başınıza nələrin gələ biləcəyindən və ya sevgilinizin sizi hansı bəhanələrlə tərk edə biləcəyindən xəbərdar ola bilərsiniz.

 

Qoç

Əgər Qoç bürcü altında dünyaya gələn biri ilə sevgilisinizsə, diqqətli olun. Çünki sizi hər an tərk edə bilər. Bir anın içində baş verən bu ayrılığın səbəbini belə anlamaz, sadəcə, öz suallarınızla baş-başa qalarsınız. Aylar, hətta illər keçər, onu unutmağa başladığınız anda qarşınıza çıxıb bağışlaтması üçün yalvara bilər. Bir daha eyni xəyal qırıqlığını yaşamaq istəyirsinizmi? Buna özünüz qərar verin.

 

Buğa 

Sevgiliniz buğa bürcündəndirsə, ayrıldığı dəqiqədən etibarən qeyb olacaq. Sizinlə bütün əlaqələrini kəsəcək. “Facebook”da, “İnstagram”da, telefonda – bir sözlə, hər yerdə sizi blok edəcək. Sanki belə bir adam heç mövcud olmayıbmış kimi…

 

Əkizlər 

Ayrılan kimi başqa namizədlərə meyil edə bilərlər. Hətta bir vaxtlar sevgili olduğunuzu da inkar edə bilər. Bir gün qarşılaşsanız, mütləq bu cümləni eşidəcəksiniz: “Səni heç vaxt sevməmişəm”.

 

Xərçəng

Sizi həyatından çıxarar, ancaq ən yaxın adamlarınızla (dostlarınız, ailəniz) görüşməyə davam edər.

 

Şir 

Şir bürcündən ayrılmısınızsa, bilin ki, yaxında bütün sirləriniz açılacaq. Aslan bürcündən olanlar çox qəddardırlar. O, sizi biabır etməyə and içəcək.

 

Qız 

Bütün dostlarınızı əlinizdən alacaq. Hər cür üsula əl ataraq hamını sizdən uzaqlaşdıracaq. Beləliklə, tənha və bədbəxt hiss etməyinizə nail olacaq.

 

Tərəzi 

Sizi ayrılığın ən yaxşı qərar olduğuna inandıracaq. “İkimiz üçün də ən yaxşısı budur”, – deyəcək.

 

Əqrəb 

Sizinlə artıq maraqlanmadığını, unutduğunu desə də, uzaqdan sizi təqib etməyə, sizinlə bağlı hər yeniliyi öyrənməyə can atacaq. Hətta bəzən sizi qısqanıb, sanki hələ də sevgilisiniz və siz ona xəyanət edirsinizmiş kimi davranacaq. Bu xasiyyəti ilə əsəblərinizi poza bilər.

 

Oxatan 

Ayrılığı qəbul etməkdə çətinlik çəkər. Ayrılmamaq üçün hər varianta əl atar. Ancaq bir dəfə reallıqla barışdısa, deməli, əsla geri qayıtmayacaq.

 

Oğlaq

Müxtəlif bəhanələr tapar və ayrılığın sadəcə sizin günahınız olduğunu sübut etməyə çalışar. Sizinlə qarşılaşanda görməzdən gələr.

 

Dolça 

“Dost qalaq”, – deyər. Hətta “problem səndə deyil, məndədir”, – bəhanəsi ilə gözünüzdən bir anda düşməyi bacarar.

 

Balıqlar 

Sizi tərk edəndə elə davranacaq ki, kənardan baxan sizin onu tərk etdiyinizi zənn edəcək. Bir tərəfdən tərk edildiyiniz üçün ağlayacaq, digər tərəfdən də vicdan əzabı çəkəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir