yumurta

Ördək qara rəngdə yumurtladı – MÖCÜZƏ TƏKRAR OLUNDU

Baxış sayı: 1. 855

EL TV-nin verdiyi xəbərə görə, Mingəçevir şəhər sakini Gülrza Eyvazovun təsərüfatında qeyri-adi hadisə baş verib.

Onun həyətində saxladığı ördəkdən biri qara rəngdə yumurtalar yumurtlayır.

Şəhərin Güllü Bağ bağçılıq evlərində yaşayan Gülrza Eyvazov 8 ildir ki, təsərrüfatla məşğuldur. Bu müddət ərzində belə bir halla qarşılaşmadığını deyən Gülrza Eyvazov bunu təbiətin möcüzəsi kimi qiymətləndirir. Mingəçevir sakini bu yumurtalardan bala almaq istəyindədir. Bu məqsədlə də o, yumurtaları toplayır.

Qeyd edək ki, belə bir hadisə bu yaxınlarda Cəlilabadda da baş vermişdi. /Milli.Az/




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir