etir

Orijinal ətiri necə seçməli?

Baxış sayı: 728

Ətirlərin saxta və ya orijinal olub, olmamasını aydınlaşdırmaq istəyirsiniz? Bunu rahatlıqla həyata keçirmək üçün bir neçə sirləri sizlərlə bölüşəcəyik.

Hər birimiz orijinal ətir istifadə etməyə çalışırıq. Buna nail olmaq üçün  öncə nələrə diqqət yetirilməlidir?

– Orijinal ətrin qutusunun ətrafındakı şəffaf sellofan ustalıqla qablaşdırılır və bağlı olur. Qablaşdırmada problemlər varsa saxta olma ehtimalı yüksəkdir.

– Orijinal ətirlərin qutuları ətir şüşəsinin zərər görməsinə mane olacaq formada və ağ kartondan olur. Boz rəngli və ya nizamsız kartonlu qutusu olanları almayın.

– Qızılı rəngli dairəyə diqqət edin. Orijinal ətirlərdə qara ox sağ tərəfə, qızıl rəngli ox sol tərəfə doğru baxır. Belə deyilsə, saxtadır.

– Məşhur markalar məhsullarında rəngləndiricidən çox az istifadə edirlər.  Bu səbəbdən də ətirlər solğun rəngdə olur. Çox canlı və çox rəngli ətirlər böyük ehtimalla saxtadır.

– Orijinal ətir şüşələrinin qapaqlarındakı möhürlər simmetrik olmalıdır.

etir

– Ətirlərin ardıcıl nömrələri həm şüşənin üzərində, həm də qutusunda olmalıdır.

– Orijinal marka ətirlərin şüşələrinin səthində hər hansı bir əyrilik görə bilməzsiniz. Şüşə qapağı, qutusu və qabı, yəni bütün detallar düzgün şəkildə kəsilmiş və yapışdırılmış olur.

– Əgər satıcı sizə desə ki, ətir hansısa bir lisenziyaya əsasən doldurulur – inanmayın. Fransız ətirləri Polşada və ya Çində doldurula bilməz. Ətir brendləri istehsal üçün heç bir lisenziya vermir. Səbəbi isə istehsalı özlərinin etməsidir. Nəhəng, məşhur brendlər çox nadir hallarda kiçik ölçülü “nümunəlik” ətirlər istehsal edirlər. Əsl fransız ətrini altındakı yazıya əsasən də müəyyən etmək mümkündür. Fransız ətirlərinin altında “parfume” sözündə “e” hərfi yazılmır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir