oruc

Orqanizmi indidən Ramazan ayına hazırlamaq üçün faydalı MƏSLƏHƏTLƏR

Baxış sayı: 1. 537
Müqəddəs Ramazan ayının başlamasına sayılı günlər qalıb. Bu günlərdə qida rejimi ilə bağlı daha diqqətli olmağa ehtiyac var. Çünki bədənimiz, orqanizmimiz Ramazan ayına, yəni oruc tutmağa hazır olmalıdır. Bu ayda normal qidalanma rejimimizdən kənarlaşıb, daha uzun müddət ac qalırıq.
Yay aylarında gün uzun olduğu üçün oruc müddəti də uzanır. Bu baxımdan Ramazanda susuzluq və onunla bərabər halsızlıq hissinə qarşı müqavimətli olmaq üçün diqqət etməyimiz lazım olan məqamlar var.
Aclıq, susuzluq və halsızlıqla mübarizənin başında qidalanma durur. Ramazan ayı yaxınlaşarkən, oruc tutarkən  olduğu kimi bəslənməyə diqqət edilməlidir.

Yemək payınızı kiçildin

Gün boyu qəbul  etdiyimiz qidaların miqdarını azaltmaq, mədəni və həzmi rahatlaşdıraraq Ramazana hazırlanmağımızda olduqca əhəmiyyətlidir. Məsələn, bir  yeməyimizin miqdarını  azaldıb, əvvəlində bir kasa şorba içmək daha yaxşı olar. Beləcə həm bədənin  maye ehtiyacını ödəyib, həm də yemək payımızı kiçiltmiş olarıq.
Daha çox su için 
“Onsuz da oruc tutarkən, gün boyu su içməyəcəm, indidən özümü susuzluğa alışdırsam yaxşı olar” kimi yanlış düşüncələrə qətiyyən  qapılmayın. Çünki bədənin suya hər zaman ehtiyacı var və xüsusilə yay aylarında sidik və tərləmə ilə atılan su miqdarı daha çox olur.
Atılan suyu mütləq bərpa etmək  və Ramazan ayında olduğu kimi bu sayılı saatlarda də gündə ən az 8-10 stəkan su içməyə diqqət etmək lazımdır. Bu səbəbdən, indiyə qədər etməmisinizsə, bundan sonra çox su içməyə diqqət edin. Su içmək üçün susamanız gözləməyin.

Ağır və yağlı qidalardan qaçın

Ramazan ayında çəki artımının əsas səbəblərindən biri də yüksək yağlılığı olan yeməklərin süfrələrimizdə iştirak etməsidir. Halbuki həm Ramazan ayında, həm də Ramazana saylı günlər qaldığı indiki vaxtda bizə əlavə enerji verməyən və fayda təmin etməyən yağlı və ağır qidalardan uzaq durmaq lazımdır. Mədəmizi və həzm sistemimizi rahatlaşdıraraq bir aylıq müddətdə orqanizmimizi  hazırlamaq daha əhəmiyyətlidir.

Duzlu qidalar qəbul etməyin

Duzlu qidalar iftar və sahurda olduğu kimi, Ramazan ayının əvvəlində də imtina edilməsi vacib olan qidalar qrupuna daxildir. Bu səbəbdən indidən turşu, duzlu fıstıq, duzlu kraker kimi qidalarla bəslənmənizə son verməlisiniz.  Ayrıca, qəbul etdiyiniz pendir və zeytunun də duz miqdarına diqqət etməniz lazımdır. Pendiri az duzlu olanlarından seçmək,  zeytunu isə bir müddət suda saxladıqdan sonra yemək daha doğru olar.

Bu qidalara üstünlük verin

Bu günə qədər qidalanmanızda salatlara kifayət qədər yer verməmisinizsə, bu son bir neçə gündə salatları süfrənizdən əskik etməyin. Pomidor və xiyar həzmi asan olan tərəvəzlərdir. Qara  çörək,  yumurta və az yağlı olan pendir də bu ərəfədə əvəzolunmaz qidadır.

Meyvə və tərəvəzsiz olmaz

Meyvə, tərəvəz və taxıllı qidalara laqeyd yanaşmayın. Bu yeməklər, bağırsaqları işlədir və həzmi rahatlaşdırır. Vitamin və mineral cəhətdən də sağlamlığımız üçün  əhəmiyyətli rol oynayır. Ancaq həddindən artıq meyvə yeyib, onun tərkibindəki şəkəri də unutmaq olmaz. Məsələn, bu isti yay günlərində sərinlədici təsiri ilə sevdiyimiz qarpızı həddindən çox yemək fayda yerinə zərər verir. 1 boşqab, yəni təxminən 200 qram qarpız yemək kifayətdir.
Bütün meyvələrdə olduğu kimi qarpızı da həddindən çox yemək , şəkər qəbulunu artırır.

İndidən sahura qalxın

“Sahura qalxmadan oruc tuta bilərəm” düşüncəsi son dərəcə səhvdir.  Sahura qalxmamaq həm gün boyu daha halsız olmağınıza səbəb olacaq, həm də maddələr mübadiləsinin daha da yavaşlamasına səbəb olacaq.
Digər tərəfdən xüsusilə mədə problemi olanlar onsuz da yayda uzun olan aclıq müddətini sahura qalxmamaqla bir az da uzatmamalıdırlar. Əks halda mədədə turşu ifraz edilər,  mədə yanması kimi problemlər yaşana bilər. Bu səbəbdən  Ramazan boyu, sahur mütləqdir.

Sahurda səhər yeməyi yox,  nahar edin

Bəs, Ramazan ayının ilk sahurunda hansı yeməklər daha  sağlam olacaq? Ən keyfiyyətli zülal olan yumurta, buğda çörəyi, pendir kimi tox tutan qidaları qəbul edin. Ayrıca, qoz, badam kimi keyfiyyətli yağ ehtiva edən və tox tutan quru meyvələri də sahur süfrələrinizdən əksik etməyin. Bundan başqa, sahurda bir stəkan süd və ya bir kasa qatıq yemək də tox qalmanıza kömək edəcək.
Nərgiz LİFTİYEVA



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir