SAC

Orta uzunluqda olan saçlarınızı belə yığın – 3 YIĞIM FORMASI

Baxış sayı: 2. 030

İsti havalarda özümüzü rahat hiss etmək üçün saçlarımızı elə rahat formada yığmaq istəyirik. Əgər at quyruğu və sadə topuzdan bezmisinizsə orta uzunluqda saçlarınız üçün yeni formalar kəşf etməyin zamanı gəlib deməkdir. Sizin üçün təqdim etdiyimiz 3 saç formasını evdə təkrarlamaqla isti yay günlərində rahatlıq tapacaqsınız.

Orta uzunluqda saçlar üçün rahat saç yığımı

Bu forma sizə ənənəvi hörük və at quyruğundan uzaqlaşmağınıza kömək edəcək. Bunun üçün siz dörd addım atmalısınız:

1. Saçınızı 3 hissəyə ayırın

2. Sonra adi hörük hörüb ucunu rezin bant ilə bağlayın

3. Uz hissədən tutub bir az yuxarı yığın

4. Sonra bir az yuxarı yığın və uz hissədən saç sancağı ilə bərkidin.

 

Orta uzunluqda buruq saçlar üçün saç yığımı

Buruq saçlılar üçün xüsusi formalı saçlar yığmaq lap əziyyətdir. Əgər təqdim etdiyimiz saç formasına diqqət etsəniz buruq saçlarınızı da daha formalı edə bilərsiniz:

1. Yuxarıdan hər iki yan tərəfdən hissə ayırın. Burun və saç sancağı ilə sabitləyin.

2. Eyni formada bir neçə dənə belə buruqlar edin və sancaqla bərkidin.

3. Sabit və gözəl formalı saç yığmaq üçün sizə 10 dənə belə buruqlar lazımdı. Ən sonda hər birinin sonluğunu bir yerdə toplayıb sancaqlar sabitləyin. Budur fərqli formalı, istilərlə başa çıxacağınız buruq saç yığımınız hazırdır!

 

Orta uzunluqda saçların hörüklərlə yığımı

Bu mövsüm məlumdur ki, hörüklər fərqli formalarla məşhurdur. Əgər saçlarınız çiyninizdən bir az uzundur və siz də hörük həvəskarısınızsa bu yığım forması sizlikdir:

1. Ev şəraitində bu saçı yığmaq üçün birinci saçlarınızı düzləşdirin.

2. Sonra üzünüzün yan hissəsinin ikiyə ayrılmış şəkildəki kimi hörüklər hörün.

3. Sonra isə hörükləri bir-birinə bərkidin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir