Öskürəndə başınız niyə ağıyır?

Baxış sayı: 1. 345

Baş ağrısı ən gözlənilməz anda tuta bilər: yeməkdən sonra, orqazm zamanı, idman etdiyiniz zaman. Bunlardan əlavə baş ağrısı öskürəndə də yarana bilər. Bunun səbəbi nədir?

Əlamətlər
Öskürəndə baş ağrısı kişilərdə qadınlara nisbətən 4 dəfə daha çox rast gəlir. Bu ağrı öskürəkdən və bəzən də asqırmadan sonra yaranır. Ağrı bu zaman aşağıdakı əlamətlərə malik olur:

* qısamüddətli, ağrı bir neçə saniyədən, bir neçə dəqiqəyə qədər davam edə bilir, bəzən yarımsaata qədər uzanır;

* yüksək intensivlik.

Adətən ağrı bütün başa şamil edilir, lakin təqribən insanların 1/3 birtərəfli ağrı ilə üzləşirlər. Bu ağrı bəzən xroniki hala çevrilə, illər sonra isə gözlənilmədən keçə bilər.

Öskürəndə başınız niyə ağrıyır?

Siqaret çəkmək
Tütün tüstüsünün tərkibindəki nikotin ürək-damar sisteminin fəaliyyətini pozur. Nəticədə ürək daha tez döyünür, təzyiq yüksəlir. Xroniki siqaret çəkdiyiniz zaman orqanizm öz “etirazını” öskürək və baş ağrıları ilə bildirir.

Meteohəssaslıq
Sağlam insanlara hava dəyişiklikləri təsir etmir. Buna görə meteohəssaslıq öskürən zaman baş ağrılarına səbəb ola bilər. Hava dəyişikliyinə əsasən aşağıdakı xəstəliklərə sahib olan insanlar həssas olurlar:

* ürək-damar sistemi;
* əsəb sistemi;
* immun sistemi;
* dayaq-hərəkət aparatı;
* sidik-tənasül sistemi.

Əsasən də anadangəlmə ürək çatışmamazlığı olan insanlarda meteohəssaslıq güclü olduğundan baş ağrıları müşahidə olunur. Nəfəs sistemi xəstəlikləri zamanı atmosfer təzyiqinin və nəmişliyinin yüksəkliyindən baş ağrıları ilə öskürək müşahidə olunur.

Bronxial astma
Astma sinə nahiyyəsində sıxlıq hissi və quru öskürək ilə müşahidə olunur. Eyni zamanda nəfəs almaq çətinləşir. Bu səbəbdən xəstədə oksigen aclığı yaranır və təzyiq yüksəlir. Əsəb sistemi problemi olan insanlarda oksigen aclığı baş ağrılarına səbəb ola bilər.

Soyuqdəymə xəstəlikləri
Baş ağrısı və öskürək – istənilən soyuqdəymədə ola bilər. Öskürək ciyərlərdən bəlğəmin təmizlənməsinə kömək edir və insanın sağalmasında böyük rol oynayır. Bu zaman baş ağrıları normal hesab edilir və orqanizmdə xəstəliyin inkişafı ilə izah edilir.

Arnold-Kiari sindromu
Bu sindromun əlamətlərindən biri öskürək və ya asqırma zamanı baş ağrısının olmasıdır. Bu patalogiya mütləq həkim müayinəsi keçməli və müalicəsi edilməlidir. Bu sindrom beyinin düzgün inkişaf etməməsi ilə bağlıdır, burada əmgəyin deformasiyası müşahidə olunur. Bu çatışmamazlıq beyin mayəsi dövranının pozulmasına gətirib çıxardır.

Allergik təsir
Allergik təsir istənilən allergen ilə təmasdan yarana bilər. Soyuqdəymə ilə allergik təsirli öskürəyi fərqləndirmək olar:

* allergen ilə təmasdan dərhal sonra yaranır və baş ağrısına səbəb olur;
* 3 həftədən çox davam edir, lakin zəiflik, qızdırma olmur;
* burunaxması, göz yaşı və qaşıntı ilə müşahidə olunur;
* adətən belə öskürək quru öskürəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir