Osteoporoz

Osteoporoza daha çox kimlərdə rast gəlinir?

Baxış sayı: 176

Osteoporoz sümük kütləsinin azalması ilə gedən və sonunda sümük sınıqları ilə nəticələnən metabolik xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının statistikasına görə, 50 yaşından yuxarı hər iki qadından və üç kişidən biri bu xəstəlikdən əziyyət çəkir. Məlum olduğu kimi 25-30 yaşa qədər sümüklərdə sümükləşmə tam başa çatır və sümüklər özünün ən ağır çəkisini əldə edir. Lakin 40 yaşından sonra sümüklər öz çəkisini itirməyə başlayır. Belə ki, sümüklər kişilərdə il ərzində öz çəkisinin 1%-ni, qadınlarda isə 1-4%-ni itirir. Onu da qeyd etməliyik ki, klimakterik dövr, bəzi dərman preparatları ilə uzunmüddətli müalicələr, müxtəlif xəstəliklər zamanı sümüklərin çəki itirməsi il ərzində 5%-ə qədər çata bilər. Nəticədə sümüklər möhkəmliyini itirir və kövrəkləşir. Bu proses osteoporoz adlanır.

Osteoporoza ən çox menopauza sonrası qadınlarda rast gəlinir. Bununla yanaşı osteoporoza səbəb olan risk faktorları da var. Risk faktorları sırasında qəbul edilən dərmanlar (kortizon, tiroid hormonlar, heparin, antiepileptik dermanlar və s.), spirtli içki, siqaret, kofein, kalsium və D vitamini əskikliyi, hərəkətsizlik, fiziki aktivliyin az olması, endokrin xəstəliklər, 5 il ərzində 3 sm-dən çox boy qısalması olan xəstələr, 3 ən çox doğuşu olan və 1 ildən çox süd verən qadınlar, öncədən sümük sınıqları olan xəstələr var.

Image result for Osteoporoz

Müşahidələrə görə 50% hallarda osteoporoz heç bir şikayət verməyə bilər, ilk sınıqlar minimal cüzi travmalardan belə, ola bilir. Bel və digər sümüklərdə gedən xroniki ağrılar, boyun qısalması, qozbel olma xəstələri daha çox narahat edir. Xəstədə öncədən bir sınığın olması sonrakı sınıqların olma riskini 5 dəfə artırır. Bütün bu ağırlaşmaların qarşısını almaq üçün 65 yaşdan yuxarı və ya ən az bir risk faktoru daşıyan, erkən menopauzaya girən, yanaşı digər endokrin xəstəlikləri olan qadınlar osteoporoz riskinə görə mütləq müayinələrdən keçməlidirlər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir