otaq

Otağı hansı rəngdə boyamaq lazımdır?

Baxış sayı: 2. 033

Hansı otaqda necə rənglərdən istifadə etmək lazımdır? Evi boyayarkən istifadə etdiyiniz rənglərin təsirini nəzərə almaya bilməzsiniz. Ona görə də rənglərdən düzgün istifadə etmək lazımdır.

“Gencaile.az” otaqları boyayarkən rəng seçiminizə yardım edəcək kiçik araşdırmanı təqdim edir:

 

Sarı

Sarı xoşbəxtliyin rəngi hesab edilir. Əhval ruhiyyəni yüksəldir və enerji verir. Bu rəng salon və mətbəx üçün uyğundur. Uşaq otaqlarını isə sarı rəngə boyamaq məsləhət deyil.

 

Yaşıl

Yaşıl seks həyatına yaxşı təsir edir. Yataq otağında istifadə etdikdə cinsi həyata olan təsirini hiss edəcəksiniz. Yaşıl rəng insana dinclik verir. Bu rəngdən idman və ya iş otağında istifadə etmək düzgün deyil.

 

Mavi

Mavi də dincliyin rəngidir. İnsanı sakitləşdirir. Yataq otağı və hamam üçün ən ideal rəng hesab edilir. Ofislərdə isə mavi rəngdən istifadə etmək düz deyil. Enerjini azaltdığı və yuxu gətirdiyi üçün ofisdə otaqları mavi rəngə boyamırlar.

 

Qırmızı

Qırmızı enerjinin rəngidir. İş otağı və ofis üçün idealdır. Yataq otağında qırmızı rəngdən istifadə etməsəniz, daha yaxşı olar. Çünki qırmızı rəng yuxuya mane olur.

 

Bənövşəyi

Bənövşəyi yaradıcılığın rəngidir. Uşaqların oyun otağı və mətbəx üçün uyğundur. Ancaq uşağın yatdığı otağı bənövşəyi rəngə boyamaq onun yuxu rejiminin pozulmasına səbəb ola bilər.

 

Narıncı

Narıncı enerji və həyəcanın rəngidir. İdman otağı üçün uyğundur. Dincəlmək üçün istifadə edilən otaqlar üçün isə uyğun deyil. Yataq otağı xaricində hər yerdə istifadə etmək olar.

Image result for Otağı hansı rəngdə boyamaq lazımdır?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir