usaq

Öv­lad­lı­ğa gö­tür­mə han­sı hal­lar­da müm­kün­dür?

Baxış sayı: 160

Ai­lə­də ya­şa­maq və tər­bi­yə olun­maq uşa­ğın mü­hüm hü­quq­la­rın­dan­dır. Uşaq ai­lə­də fi­zi­ki və mə­nə­vi in­ki­şa­fa na­il olur, da­yaq və an­laş­ma tap­maq­la cə­miy­yə­tin tam hü­quq­lu üz­vü ol­ma­ğa ha­zır­la­şır. Öv­lad­lı­ğa gö­tür­mə uşa­ğın ai­lə­də ya­şa­maq və tər­bi­yə olun­maq hü­qu­qu­nun tə­mi­ni­nə xid­mət edir.

Hü­quq­şü­nas Vü­qar Sə­fər­li­nin bil­dir­di­yi­nə gö­rə, yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın öv­lad­lı­ğa gö­tü­rül­mə­si­nə yal­nız on­la­rın mə­na­fe­yi na­mi­nə uşa­ğın do­ğu­mu Ai­lə Mə­cəl­lə­si­nə əsa­sən mü­va­fiq ic­ra ha­ki­miy­yə­ti or­qa­nın­da qey­də alın­dıq­dan son­ra yol ve­ri­lir: “Öv­lad­lı­ğa gö­tür­mə ba­rə­də iş­lər öv­lad­lı­ğa gö­tü­rü­lən uşa­ğın ya­şa­dı­ğı (ol­du­ğu) yer üz­rə məh­kə­mə­yə aid­dir. Uşa­ğın öv­lad­lı­ğa gö­tü­rül­mə­si ba­rə­də əri­zə­lə­rin məh­kə­mə ai­diy­yə­ti mə­sə­lə­si­ni həll edər­kən məh­kə­mə­lər nə­zə­rə al­ma­lı­dır­lar ki, on dörd ya­şı­na­dək yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın və ya qəy­yum­luq al­tın­da olan uşaq­la­rın öv­lad­lı­ğa gö­tü­rül­mə­si ba­rə­də əri­zə­lər on­la­rın va­li­deyn­lə­ri­nin və ya qəy­yum­la­rı­nın ya­şa­yış ye­ri üz­rə məh­kə­mə­lə­rə, on dörd ya­şın­dan on sək­kiz ya­şı­na­dək olan yet­kin­lik ya­şı­na çat­ma­yan­la­rın öv­lad­lı­ğa gö­tü­rül­mə­si ba­rə­də əri­zə­lər on­la­rın fak­ti­ki ya­şa­dıq­la­rı yer üz­rə məh­kə­mə­lə­rə, va­li­deyn­lə­ri­ni itir­miş və va­li­deyn hi­ma­yə­sin­dən məh­rum ol­muş uşaq­la­rın öv­lad­lı­ğa gö­tü­rül­mə­si ba­rə­də əri­zə­lər on­la­rın mü­vəq­qə­ti ol­duq­la­rı (va­li­deyn­lə­ri­ni itir­miş və va­li­deyn hi­ma­yə­sin­dən məh­rum ol­muş uşaq­lar üçün mü­əs­si­sə­lər, ya­taq­xa­na­lar, uşaq ev­lə­ri) ra­yo­nun məh­kə­mə­lə­ri­nə ve­ril­mə­li­dir. Ər və ar­vad özü­nün ni­kah­dan ol­ma­yan uşa­ğı­nı, ar­va­dı­nın və ya əri­nin uşa­ğı­nı öv­lad­lı­ğa gö­tü­rə bi­lər”.

Uşa­ğın mə­na­fe­yi­nə ca­vab ve­rən hal­lar is­tis­na ol­maq­la qar­daş və ba­cı­la­rın mü­xət­lif şəxs­lər tə­rə­fin­dən öv­lad­lı­ğa gö­tü­rül­mə­si­nə yol ve­ril­mir. Əc­nə­bi­lər və və­tən­daş­lı­ğı ol­ma­yan şəxs­lər tə­rə­fin­dən uşaq­la­rın öv­lad­lı­ğa gö­tü­rül­mə­si­nə hə­min uşaq­la­rın Azər­bay­can Res­pub­li­ka­sın­da dai­mi ya­şa­yan Azər­bay­can Res­pub­li­ka­sı­nın ai­lə­lə­ri­nə tər­bi­yə­yə ver­mək müm­kün ol­ma­dıq­da və­tən­daş­lıq­dan və ya­şa­yış ye­rin­dən ası­lı ol­ma­ya­raq qo­hum­la­rı, ba­cı­la­rı, qar­daş­la­rı, nə­nə­lə­ri, ba­ba­la­rı tə­rə­fin­dən öv­lad­lı­ğa gö­tü­rül­mə­dik­də ica­zə ve­ri­lir. Qay­da­la­ra gö­rə, öv­lad­lı­ğa gö­tür­mə öv­lad­lı­ğa uşaq gö­tür­mək is­tə­yən şəs­xin ver­di­yi əri­zə əsa­sın­da məh­kə­mə tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lir. Məh­kə­mə­də öv­lad­lı­ğa gö­tü­rül­mə ba­rə­sin­də işə mü­va­fiq ic­ra or­qa­nı­nın iş­ti­ra­kı ilə mül­ki pro­ses­su­al qa­nun­ve­ri­ci­liyn­də nə­zər­də tu­tul­muş xü­su­si ic­ra­at qay­da­sın­da ba­xı­lır. Öv­lad­lı­ğa gö­tü­rü­lən uşaq­la­rın hü­quq və və­zi­fə­lə­ri məh­kə­mə­nin uşa­ğın öv­lad­lı­ğa gö­tü­rül­mə­si­nin mü­əy­yən olun­ma­sı ba­rə­də qət­na­mə­si qa­nu­ni qüv­və­yə min­dik­də son­ra ya­ra­nır.

V.Sə­fər­li qeyd edir ki, məh­kə­mə tə­rə­fin­dən fəa­liy­yət qa­bi­liy­yə­ti ol­ma­yan və ya məh­dud fəa­liy­yət qa­bi­liy­yə­ti ol­ma­yan şəxs­lər, məh­kə­mə tə­rə­fin­dən va­li­deyn­lik hü­qu­qun­dan məh­rum şəxs­lər, qəy­yum və hi­ma­yə­çi və­zi­fə­lə­rin­dən azad olun­muş şəxs­lər, əv­vəl­lər məh­kə­mə tə­rə­fin­dən təq­sir­li bi­li­nə­rək hü­quq­la­rı ləğv olun­muş şəxs­lər öv­lad­lı­ğa uşaq gö­tü­rə bil­məz: “Əgər öv­lad­lı­ğa uşaq gö­tür­mək is­tə­yən şəxs ni­kah­da de­yil­sə, öv­lad­lı­ğa gö­tü­rə­cə­yi uşaq­la onun ara­sın­da yaş fər­qi mi­ni­mum 16 il ol­ma­lı­dır.
Öv­lad­lı­ğa uşaq gö­tür­mək üçün tə­ləb olu­nan sə­nəd­lər və­tən­daş­la­rın (ər-ar­vad) Ra­yon İc­ra Ha­ki­miy­yə­ti və ya Təh­sil İda­rə­sin­də fəa­liy­yət gös­tə­rən Qəy­yum­luq və Hi­ma­yə­çi­lik ko­mis­si­ya­sı­na yaz­dıq­la­rı əri­zə (No­ta­ri­us­da təs­diq edil­miş), şəx­siy­yət və­si­qə­si­nin su­rə­ti, (uşaq ni­kah­da ol­ma­yan şəxs tə­rə­fin­dən öv­lad­lı­ğa gö­tü­rül­dük­də-öv­lad­lı­ğa gö­tü­rə­nin do­ğum haq­qın­da şə­ha­dət­na­mə­si­nin su­rə­ti), uşaq ni­kah­da olan şəxs­lər (şəxs) tə­rə­fin­dən öv­lad­lı­ğa gö­tü­rül­dük­də-öv­lad­lı­ğa gö­tü­rən­lə­rin (gö­tü­rə­nin) ni­kah haq­qın­da şə­ha­dət­na­mə­si­nin su­rə­ti, uşaq ər-ar­vad­dan bi­ri tə­rə­fin­dən öv­lad­lı­ğa gö­tü­rül­dük­də-di­gə­ri­nin ra­zı­lı­ğı və ya ər-ar­va­dın ai­lə mü­na­si­bət­lə­ri­nə xi­tam ver­mək­lə 1 il­dən ar­tıq müd­dət­də bir­gə ya­şa­ma­dıq­la­rı­nı təs­diq edən sə­nəd­lər la­zım­dır. Mü­va­fiq sə­nə­di əri­zə­yə əla­və et­mək müm­kün ol­ma­dıq­da əri­zə­də hə­min fakt­la­rı təs­diq edən sü­but­lar gös­tə­ril­mə­li­dir. Ya­şa­yış ye­rin­dən is­ti­fa­də et­mək hü­qu­qu­nu və ya ya­şa­yış ye­ri­nə mül­kiy­yət hü­qu­qu­nu təs­diq edən sə­nəd, öv­lad­lı­ğa gö­tü­rən­lə­rin (gö­tü­rə­nin) səh­hə­ti­nin və­ziy­yə­ti ba­rə­də tib­bi rəy; (He­pa­tit “B”, “C” və “QİÇS” yox­la­nıl­ma­sı üz­rə mə­lu­mat­lar, həm­çi­nin də­ri-zöh­rə­vi, və­rəm, on­ko­lo­ji, psi­xo­nev­ro­lo­ji və nar­ko­lo­ji dis­pan­ser­lə­rin ca­va­bı), öv­lad­lı­ğa gö­tü­rən­lə­rin (gö­tü­rə­nin) tut­du­ğu və­zi­fə və əmək haq­qı ba­rə­də iş ye­rin­dən ara­yış və ya gə­lir­lər haq­qın­da di­gər sə­nəd, (fər­di əmək­lə məş­ğul olan­lar üçün ver­gi­nin ödə­nil­mə­si haq­qın­da ara­yış), öv­lad­lı­ğa gö­tü­rən­lə­rin tər­cü­me­yi-ha­lı, ra­yon və Şə­hər İc­ra Ha­ki­miy­yət­lə­ri ya­nın­da fəa­liy­yət gös­tə­rən Qəy­yum­luq və Hi­ma­yə­çi­lik Ko­mis­si­ya­sın­dan mən­zil şə­rai­ti­nin müa­yi­nə ak­tı tə­ləb olu­nur.

Psi­xo­loq Xə­ya­lə Ab­bas de­di­yi­nə gö­rə, bü­tün va­li­deyn ol­maq is­tə­yən­lər uşaq­la­rın bio­lo­ji ola­raq va­li­dey­ni ol­ma­ğı ar­zu­la­yır: “Heç kim baş­qa­sı­nın uşa­ğı­nı gö­tür­mək is­tə­mir. An­caq il­lər ke­çir, gö­rür ki, uşaq­la­rı ol­mur. Bə­zi­lə­ri çox gec yaş­da ge­dib öv­lad­lı­ğa uşaq gö­tü­rür. Bə­zi­lə­ri sur­ro­qat ana ta­pa­raq bu prob­le­mi həll edir­lər. Sü­ni ma­ya­lan­ma yo­lu ilə də son­suz­luq prob­le­mi­ni çö­zən­lər var. Am­ma kim­sə­siz bir uşa­ğı öv­lad­lı­ğa gö­tür­mək da­ha sa­vab­dır. Çox adam var ki, öv­lad­lı­ğa uşaq gö­tü­rən­dən bir ne­çə il son­ra öz uşa­ğı dün­ya­ya gə­lib”.

Mü­sa­hi­bi­miz qeyd edir ki, öv­lad­lı­ğa uşaq gö­tür­dük­də in­san ona alı­şır və son­ra onu öz doğ­ma­sı ki­mi se­vir: “Öv­la­dı ol­ma­yan in­san uşa­ğı gö­tü­rüb sax­la­yır­sa, on­da uşa­ğa alış­qan­lıq ya­ra­nır. Am­ma gə­lə­cək­də uşaq nan­kor çı­xır­sa, is­tər-is­tə­məz va­li­dey­nin fik­rin­dən ke­çir ki, kaş, uşa­ğı öv­lad­lı­ğa gö­tür­mə­səy­dim. Gö­rə­sən, ki­min uşa­ğı­dır? Öv­lad­lı­ğa uşaq gö­tü­rən va­li­deyn­lər­də çox vaxt qor­xu olur ki, bio­lo­ji va­li­deyn­lər gə­lib uşaq­la­rı­nı əlin­dən al­ma­ğa ça­lı­şar. On­la­rın gö­zü san­ki da­im bio­lo­ji va­li­deyn­lə­ri ax­ta­rır”.

Psi­xo­loq bil­di­rir ki, gə­lə­cək­də uşa­ğın xe­yir­li və ya nan­kor öv­lad ol­ma­sı əs­lin­də tər­bi­yə­dən ası­lı­dır: “Va­li­deyn­lər uşa­ğı düz­gün yön­lən­di­rər­lər­sə, gə­lə­cək­də onun dav­ra­nı­şı ilə bağ­lı prob­lem­lə­ri də az olar. Tə­bii ki, ir­si, ge­ne­tik fak­tor­la­rın ro­lu var, am­ma düz­gün tər­bi­yə və sev­gi ilə uşa­ğı düz­gün yön­lən­dir­mək olar”.

Onun söz­lə­ri­nə gö­rə, ər və ar­vad müt­ləq hər iki­si də öv­lad­lı­ğa uşaq gö­tür­məz­dən ön­cə psi­xo­lo­ji yar­dım al­ma­lı­dır­lar: “Öv­lad­lı­ğa uşaq gö­tür­mək is­tə­yən şəxs­lər “Mən ni­yə öv­lad­lı­ğa uşaq gö­tür­mək is­tə­yi­rəm?”, “Bu, mə­nə nə üçün va­cib­dir?”, “Hə­qi­qə­tən­mi va­li­deyn ol­maq is­tə­yi­rəm?” bu su­al­la­rı ca­vab­lan­dı­ra bil­mə­li­dir­lər. Əgər va­li­deyn psi­xo­lo­ji yar­dım al­ma­dan uşaq öv­lad­lı­ğa gö­tü­rər­sə, o, da­xi­lin­də na­ra­hat qa­lır. İs­tər ki­şi, is­tər­sə də qa­dı­nın da­xi­lin­də şüb­hə var­sa, uşa­ğa ya­naş­ma­sı nor­mal ol­ma­ya­caq. Bu sə­bəb­dən də, ər və ar­vad hər iki­si psi­xo­lo­ji yar­dım al­dıq­dan son­ra va­li­deyn ol­ma­ğa qə­ti qə­rar ver­mə­li­dir”.

Onun de­di­yi­nə gö­rə, bə­zi­lə­ri yad in­san­dan uşaq gö­tür­mək əvə­zi­nə öz qo­hu­mu­nun uşa­ğı­nı gö­tü­rür. “Ba­cı, qar­da­şın uşa­ğı­nı gö­tür­mək da­ha yax­şı­dır. La­kin bu za­man uşaq­lar gə­lə­cək­də bu­nu bil­dik­də mə­nə­vi əzab çə­kir. Ümu­miy­yət­lə, uşaq­lar gə­lə­cək­də öv­lad­lı­ğa gö­tü­rül­dü­yü­nü bil­dik­də bu, on­la­ra pis tə­sir edir. Əgər ai­lə­də mü­na­si­bət­lər yax­şı­dır­sa, on­da və­ziy­yə­ti qə­bul edir, əgər mü­na­si­bət­lər yax­şı de­yil­sə, on­da ögey va­li­deyn­lə­ri qə­bul edə bil­mir”.

 

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir