Ovcumuzdakı xətlər taleyimizdən xəbər verir?

Baxış sayı: 1. 938

Gələcəyi bilmək mümkün deyil. İnsanlar gələcək haqqında nələrsə öyrənməyə çalışsalar da, hər zaman bu cəhdləri boşa çıxır. Bununla belə, yenə də falçı, görücü, baxıcı, gələcəyi bilən, qeybdən xəbər verən və bu kimi adlar altında fəaliyyət göstərənlərin yanına gedərək, gələcəklərini öyrənməyə

Gələcək haqqında məlumat verənlərdən əl ilə baxanlar daha çox inam qazanıb. İnsanın taleyinin əlində əks olduğunu iddia edən baxıcıların müştəriləri də kifayət qədər olur. Bəs həqiqətən də insanın taleyinin əlində əks olunması

Din tamamilə gələcəyi görən, haqqında məlumat verən insanları qəbul etmir. Bu cür insanlar böyük günaha batmaqla yanaşı ona inanları da uçuruma aparır. Gələcək haqqında ən kiçik məlumatın belə aşkar olmadığını deyən din adamları bildirir ki, hətta 1 saniyə sonranın necə olacağını görmək insan üçün qeyri-mümkündür. Amma alimlər mümkünsüz bir şey olmadığını, gələcəkdən az da olsa məlumat verməyi mümkünlüyünü iddia edirlər. Xüsusən xiromantiya ilə gələcək haqqında nələrisə demək

Xiromantiya insan əlindən taleyinin oxunması deməkdir. İnsanları barmaq izlərinə görə tanımaq, identifikasiya eləmək mümkün olduğu kimi ovuc içindəki xətlərin oxunması haqqındakı elm olan xiromantiya ilə insanın həyatı boyu baş verən hadisələri proqnozlaşdırmaq

Özünü xiromant adlandıran və yalnız xüsusi hallarda insanlara kömək etdiyini deyən Anar Cəfərzadənin sözlərinə görə, xiromantiya böyük bir elmdir və onu öyrənmək hər insanın əlində deyil. Səbr və maraq tələb edən elmlə yanaşı adamda Allahın verdiyi istedad da olmalıdır ki, insanlara nələrisə düzgün çatdıra biləsən: “Dünyanın ən dəqiq və peşəkar xiromantları Ərəbistandadır. Ümumiyyətlə, ərəb xiromantlarına insanlar falçı kimi yanaşmır. Onlar bunu çox təbii qəbul edir və hətta məktəblilər arasında da istedadlı xiromantlar olur. Azərbaycanda isə buna falçı damğası yapışdırırlar. Xiromantiya sırf mistikanın, asteorologiyanın və psixologiyanın birləşdiyi elmdir”.

Xiromant deyir ki, əldə olan cizgilər insan taleyini 100 faiz dəqiqləşdirmir. İnsan özü öz taleyini dəyişməyə qadirdir. Bu xətlər sadəcə, məlumatdır və olan ehtimalı bildirir: “İnsan həyatında baş verəcək ən mühüm hadisənin -evlənmək və neçə övlad sahibi olacağı ilə bağlı sualların cavabını da əldəki xətlərdən tapa bilər. Bunun üçün əlin kənarında yerləşən xətləri müşahidə etmək lazımdır. Hər 5 barmaqda insanın taleyi əks olunur və bununla da oxumaq mümkün olur. Oxumaq isə asan deyil. Bunun üçün illərlə bu elmi mənimsəmək lazımdır”.

İslam dinində də fala baxmaq şeytan əməli sayılır. Qurani-Kərimin “Maidə” surəsinin 90-cı ayədə deyilir ki, insanların gələcəyi haqda xəbər vermək günah hesab olunur və yolverilməzdir. Haci Kamilin sözlərinə görə, xiromantiya bir elm ola bilər, amma gələcəkdən xəbər vermə halı varsa, artıq bu, günahdır və xəbər verən günah sahibi olmuş olur: “Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarına vaqif olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir. İslam dini nə elmi, nə də dini əsası olan falçılığı qətiyyətlə rədd edir. Bu, insanların taleyi ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına şəxsi mənfəət eldə etmək məqsədi daşıyan dələduzluqdur. Heç bir falçı insanın gələcəyini təyin edə, ona bu işdə yardımçı ola bilməz. İnsanın gələcəyi onun özündən, ətrafdakı obyektiv amillərdən və ümumilikdə, Allahdan asılıdır”.

Alimlər deyir ki, ovcumuzdakı rəsmlər insan doğulmamışdan əvvəl əmələ gəlir. Ana bətnindəki 18 həftəlik uşağın barmaq izlərini götürmək olar və bu izlər ömür boyu dəyişməz qalır. Onların fikrincə, qəzavü-qədəri, insanı gözləyən bədbəxt hadisələri qabaqcadan görməklə təhlükədən nisbətən yan keçmək olar. Qərb xiromantları xiromantiyanın insan taleyində rolunu rəsədxana, yaxud metereoloji xidmətlə müqayisə edirlər. Metereoloqların göstərdiyi 8 gün də gələcəkdir. Gələcəyini bilən insan günah işlətmir, sadəcə ehtiyatlı olmağı öyrənir.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir