Övlad sahibi olmaq istəyənlər bunu yesin!

Baxış sayı: 1. 830

Gözəl ailə tablosunu uşaqlar tamamlayır. Hər kəs övlad sahibi olmaq, ata-analıq duyğusunu yaşamaq istəyir. Bəzi problemlərə görə uşaq sahibi ola bilməyən, bu səbəbdən dağılan ailələr az deyil. Bəziləri isə müalicələr nəticəsində övladlarını qucaqlarına ala biliblər. Müasir dövr inkişaf etdikcə müalicə üsulları artır, qidaların tərkibləri öyrənilir və təbii vasitələrlə də müalicə olur.

Övlad sahibi olmaq istəyənlər qidalarına, rejimlərinə diqqət etməlidirlər. Mütəxəssislər bildirir ki, uşaq sahibi olmaq istəyən cütlüklər 3 ay polen (çiçək tozu) və arı südündən istifadə etməlidirlər.

Diz üstü kompüterlər, nizamsız qidalanma, içki, siqaretdən istifadə və digər zərərli vərdişlər kişilərdə spermanın sayının azalmasına səbəb olur. Sperma sayının azalması sonrakı dönəmlərdə böyük problemlər yaradır.

Kişilər üçün tibbi müalicədən sonra təbii üsullardan istifadə öz təsirini göstərir. Odur ki, müalicə ilə yanaşı təbii vasitələrdən də istifadə etmək lazımdır. Polen və arı südü bu baxımdan ən faydalı təbii üsul sayılır. Bu elementlərin bir araya gəlməsi tam təbii və zəngin tərkibə sahibdir.

Mütəxəssislər bildirir ki, 3 ay polendən istifadə edən cütlüklər sağlam şəkildə övlad sahibi olurlar.

Spermanın artımı doğuş ehtimalını artırmaqla bərabər körpələrin sağlam formalaşmasında təsirlidir.

lent.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir