Zumrud Haqverdiyeva

Övladına söz dinlədə bilməyən valideynlər – “SEANS VAXTI”

Baxış sayı: 459

Müasir dövrümüzdə valideynlər daha çox istifadə edir: “Övladıma söz eşitdirə bilmirəm” “Məni dinləmir” “Sözümü eşitdirə bilmirəm”. Bunlar ilk baxışdan eyni kimi görünsə də, əslində fərqli anlayışlardır. Bir ifadədə uşağın davranışı göstərilirsə, digər yanaşmada isə valideynin avtoritar üslubu nəzərə çarpır. Aparılan araşdırmalar göstərir ki, övladlarına ən rahat izah edən valideyn: sakit, istədiyini normal səs tonu ilə hissə-hissə izah edən və davamlı yersiz təkrar etməyən valideynlərdir.

Sakit təbiətli valideynlər uşaqları pozitiv bir şey etdiklərində, artıq dərəcədə tərif etməzkən, həyatlarında qiyamət qoparacaq qədər reaksiya da verməzlər.

Misal: Əgər övladınıza “otağını səliqəyə sal” dedikdən yarım saat sonra gəlib baxış etdikdə, hələdə səliqəli olmazsa, bağırmağınız nəticəni dəyişdirməz. Bunun əvəzinə saat qurun və deyin ki, saat çalana qədər zəhmət olmasa, otağı yığışdır, əgər yığışdırmazsan, səninlə sevdiyin oyunu oynaya bilməyəcəyik, çünki sənin otağını yığışdırmalıyam o saatları. Zəng səsi çalan kimi, otağa daxil olmayın, bir az keçsin sonra otağa daxil olun. Böyük ehtimalla otağı səliqəyə salmış olacaqdır. Buna sizin qoyduğunuz sərhədləriniz müəyyən edir.

Qərarlı olmaqla, sərtlik tam fərqli bir şeydir. Qərarlı olub,istəklərinizi övladınıza hissə-hissə ifadə etməklə, tabe edə bilərsiniz. Sərt olub isə heç bir nəticə əldə edə bilməyəcəksiniz. Bu sadəcə qorxunun gücündən tabe olmaqdır.

Sadəcə təhdid etməklə, qorxutmaqla istəyini həyata keçirməyə çalışan valideynlərin, övladlarının necə də eşitməzdən gəldiyinin fərqindəyik.

Sərhədləri olan davranışın içində sərtlik olmaz və uşağın özünü güvəndə hiss etməsinə şərait yaradar.

Sərhədləri olan valideyn, davranışın hansı nəticələrə yol açacağını övladına izah edər. Buna uşağın anlaşmasından əmin olar və həyata keçirməsinə təşviq edər.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” PsixologiyaNitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir