hamilelik

Övladınız qız olacaq, ya oğlan? – ƏLAMƏTLƏR

Baxış sayı: 1. 415

Valideyn olmağa hazırlaşanlar körpənin cinsiyyətini böyük həyəcan və səbrsizliklə gözləyir. Körpənin ana qarnında inkişafının mərhələləri vardır.

Müəyyən inkişadan sonra onun cinsiyyətini USM cihazında dəqiq yoxlamaq mümkündür. Amma bəzən müəyyən tibbi səbəblərlə bağlı bunu dəqiqləşdirmək mümkün olmur. Bu zaman köməyə xalq inancları gəlir.

Uşağın cinsiyyəti 13-16-cı həftələrdə bilinir. Bəzi əlamətlər isə onun qız olacağına işarədir.

Yüksək nəbz: Uşağınızın həkim yoxlanışında nəbzi 140-160 arasında və ya daha yüksək olarsa;

Hündür və yuvarlaq qarın şəkli: Uşağınız qarnınıza görə hündür və yumrudursa qız ola bilər.

Səhər ürək bulanma və qusma: Qız uşağı hamiləliyində səhər saatlarında ürək bulanma və qusmaya daha çox rastlanır.

Döşün ölçüsü: Hamiləlikdə süd kanalları açılmağa başladığı üçün döşlərdə büyümə gedir. Sol döşün sağdakından daha böyük olması xalq arasında qız olacağını göstərir.

İdrar rəngi: Hamiləlikdə idrar rənginin mat sarı rəngdə olması;

Yatış şəkli: Hamilələr yatakən sağ tərəfə doğru yatırsa uşağın qız olacağı deyilir.

Nazik və solğun saçlar: Hamiləlikdə qadının daha solğun və nazik saçlara sahib olması;

Şirniyyat istəyi: Hamiləlikdə ürəyiniz tez-tez şokolad, tort, dondurma kimi şirniyyatlar istəyirsə, uşağınızın qız olma ehtimalı yüksəkdir.

 

Həmçinin, elmi cəhətdən sübutu olmasa da ana qarnında qızların daha hərəkətli olduğu deyilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir