valideyn

Övladınıza sevginin 5 dili

Baxış sayı: 1. 423

“Sevginin 5 dili” adlı kitabın müəllifi, Qari Çapman kitabında göstərdiyi metodlar övladınızı başa düşməkdə, onlarla daha yaxşı dil tapmaqda sizə kömək edə bilər.

  1. Xoş sözlər. Körpələrinizi hər gün yuxudan qulağa xoş sözlərlə oyandırırsınız. Körpə iməkləməyə başlayanda, ilk addımlarını atanda hədsiz sevinclə onu tərifləyirsiniz. Zaman keçir. Körpələriniz böyüyür, onların artıq öz məsuliyyətləri yaranır və bir an sizə aydın olur ki, xoş sözlərdən istifadə etməyi unutmağa başlayırsınız. Əvəzində, hər düzgün saymadığınız hərəkətə görə övladınızı danlayırsınız. İlk günlərdəki kimi xoş sözlər söyləməyi unutmayın. Bəlkə də,sizin övladınızın “sevgi dili” xoş sözlərdir.
  2. Vaxt. Övladlarınız ilə vaxt keçirin. O zaman siz bütün diqqətinizi övladınıza həsr edirsiniz. Kiçik yaşlarda topla oynaya, kiçik məktəbli dövründə futbol, volleybol oyunlarına baxa, keçid dövründə daha çox söhbətlər edə bilərsiz. Əgər sizin övladınızın “dili” zamandırsa, o sizinlə keçirdiyi hər dəqiqənin qiymətini biləcək və sevgini başqa yerlərdə axtarmayacaq.
  3. Hədiyyələr. Sevginin bu dilində bütün valideynlər danışırlar. Və düşünürlər ki, bu yeganə sevgi dilidir. Uşaq hədiyyələrə fikir vermirsə, aldıqları hədiyyələr onu sevindirmirsə, deməli sizin övladınızın “ana dili” hədiyyələr deyil. Əgər sizin uşağınızın “ana dili” hədiyyədirsə və sizin maddi imkanınız hər “qırmızı günləri” qeyd etməyə imkan vermirsə, balalarınıza diqqətin puldan daha dəyərli olduğunu izah edin.
  4. Kömək. Körpələrə biz hər zaman kömək edirik. Onlar böyüdükcə kömək ediləcək sahələr də genişlənir. Səhər yeməyi hazırlamaq, ev tapşırıqlarını yoxlamaq. Bəzən uşaqlar bunları valideynlərin vəzifəsi kimi görürlər. Yalnız bəzi uşaqlar onlara xüsusi kömək edilməsini istəyirlər. Bu uşaqların “sevgi dili” köməkdir.
  5. Toxunuşlar. İlk günlərindən körpələrə sevginizi toxunuşlarla ifadə edirsiniz. Kiçik məktəblilərə başlarını sığallamaq, əlindən tutmaq, qucaqlamaqla sevginizi göstərirsiniz. Uşaqlar bu dövrlərdə toxunuş “sevgi dilini” sevirlər. Keçid dövründə olan uşaqlar, əsasən də dostları yanında olanda heç bir toxunuşu qəbul etmirlər. Bu onların yaş xüsusiyyətinə görədir.

Övladlarınıza sevginizi tez-tez nümayiş etdirin. Bu onlarda özünəinam hissini möhkəmləndirir. Eyni zamanda onlar necə sevildiklərini hiss edirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir