Zumrud Haqverdiyeva

Övladınızı dinləməyi bacarırsınızmı? – “SEANS VAXTI”

Baxış sayı: 399

“Uşağı dinləmə” son vaxtlar ünsiyyətdə tez-tez istifadə etdiyimiz sözlərdən biridir. Biz “Uşağı dinləməyi” bacarmaq anlayışını nə dərəcədə bilirik? Gündəlik həyatımızda nə qədər tətbiq edə bilərik? . Aktiv dinləmə necə olmalıdır?

1) Susmaq.

2) Aktiv dinləməkdən  məlumatlı  olmaq.

3) Ətraf mühitin uyğunluğunu təmin etmək. (İstilik, səs-küy və s. Baxımından ünsiyyət üçün uyğun bir mühitin olmasını təmin etmək üçün).

4) Danışanın  üzünə baxaraq. (Gözlərinə zillənib narahat edəcək şəkildə baxmaq deyil)

5) Başqasının nədən danışdığını başa düşmək.

6) Danışana diqqətini tam yönəltmək.

7) Ön yargıları kənara qoymaq.

8) Empatiya qurmaq. (Razı olmasanız belə, özünüzü başqasının yerinə qoyaraq dinləməyə çalışın.)

9) Müdaxilə etməyin.

10) Qeydlər aparın.

11) Duyğuları idarə etmək. (Dinləyərkən qəzəb, kədər, nifrət, ədalətsizlik və s. Kimi duyğular sizə təsir edə bilər. Unutmayın ki, bu, təbii bir prosesdir və ünsiyyətin sizə ayrılmış hissəsində fikirlərinizi ifadə edə bilərsiniz.)

12) Sual vermək

13) Həmin anda nəticəyə gəlməmək.

 

Övladınızla münasibətinizdə məqsədiniz “Uşağım mənə indi nə demək istəyir?”, “Hazırda özünü necə hiss edir?”. Suallarınıza cavab axtarsanız, onu həqiqətən dərk etməyə bir addım daha yaxınlaşa bilərsiniz.

Onlar çox danışanda və suallar verəndə, dinləmək üçün həmişə eyni səbrimiz olmaya bilər; Dinlənilmədiyini hiss edən uşaq, səsini eşitmək üçün sizə təkrar-təkrar eyni problemi danışa bilər və ya sizinlə danışmağı tamamilə dayandıra bilər. Dinlənilən uşaq aqressiv olmur, vurub ağlamaqla anasının diqqətini çəkməyə çalışmaq əvəzinə özünü rahat ifadə edir. Beləliklə, uşağa emosional cəhətdən sağlam inkişaf imkanı verilir.

Eyni zamanda dinlənilən  uşağın nitq qabiliyyəti özünü ifadə edərkən artır və özünü daha yaxşı ifadə etməyi öyrənir. Söz ehtiyatı artır, ona görə də sadəcə dinləməklə belə onun dil inkişafına şərait yaratmış olursunuz. Uşağın sıxıntısını dərhal həll etmək üçün cəhd eynəsəmiz, uşaq öz həllini tapa biləcək. Məsələn, uşağınız oyun zamanı dostları ilə problem yaşayırsa, siz onun dostları ilə danışsanız, uşağınızın problem həll etmə bacarığı inkişaf etməyəcək. Ancaq biz onu dinləyib anlamağa çalışdığımız zaman “Başa düşürəm ki, haqsızlığa məruz qalmısan. Bunun üçün bir həllin varmı? Hansı yolları sınamısan? Bunun həllini necə tapa bilərik?” kimi cümlələrlə ona öz həllini tapması üçün dəstək verdiyiniz zaman, uşağınız problemin öhdəsindən necə gələcəyini öyrənir və özünə güvənməyə başlayır.

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir