TEST

Övladınızın dilini başa düşürsünüzmü? – TEST

Baxış sayı: 1. 281

Əziz analar, bu test vasitəsilə övladınızı nə qədər tanıdığınızı, onun dünyasından nə qədər xəbərdar olduğunuzu müəyyənləşdirə bilərsiniz. Suallara düşünmədən, sürətlə cavab verin. Buyurun…

 

Övladınız yatmazdan əvvəl ona kitab oxuyursunuzmu?

  1. Mütləq, hər gecə.
  2. Çalışıram ki, müntəzəm oxuyum.
  3. Yox, belə adətimiz yoxdu.

 

Övladınız yeni texnologiyalarla nə qədər bacarıqlıdır?

  1. Marağında olduğu qədər bilir
  2. Pis deyil bu sahədə
  3. O, öz yaşıdları arasında ən bacarıqlıdır

 

Sizcə, hansı tərbiyə üsulu daha effektlidir?

  1. A) Demokratik
  2. B) Avtoritet
  3. C) Avtoritar

 

Hansı aforizm sizin ruhunuza daha yaxındır?

  1. A) ” İnanıram ki, başa düşüm” (Avqustin)
  2. B) ” Əgər həddini aşsan, ən yaxşı ən pisə çevriləcək” (Demokrit)
  3. C) ” Ən yaxşı qərarların üzərində ən dəhşət bir şey hökmranlıq edir: bu qərarlar həmişə gec qəbul edilir” (O. Uayld)

 

Sizin iş rejiminiz:

  1. A) Yüngüldür
  2. B) Rahatdır
  3. C) Gərgindir

 

Bütün ailəniz birlikdə son dəfə nə vaxt toplanmısınız?

  1. A) Birgə yığılmaq ənənə halındadır
  2. B) Çalışırsız hər həftə yığışasınız
  3. C) Birimizin ad günündə yığışmışıq

 

Əgər uşaq sizə seks və ya SPİD haqqında sual verərsə, nə cavab verərsiniz?

  1. A) Çalışarsız mümkün qədər açıq izah verəsiniz
  2. B) Əvvəlcədən psixoloqla məsləhətləşərsiz
  3. C) Öz bildiklərinizi uşaqla bölüşərsiniz

Siz uşağa nə etməyə icazə verərsiniz: tatuaj və ya pirsinq?

  1. A) Öz seçiminə buraxaram, öz bədənidi və bununla özü yaşayacaq
  2. B) Ola bilsin, kiçik bir pirsiqə icazə verərəm
  3. C) Müzakirəsiz heç birinə

 

Bilirsiz övladınız ad günü və ya yeni il üçün nə hədiyyə istəyir?

  1. A) Bəli, özü mənə deyib
  2. B) Sizin bir neçə ehtimalınız var
  3. C) Siz bilirsiz ki, ona nə lazımdır

 

İstirahət yerini seçərkən:

  1. A) Bütün ailənin istəyi nəzərə alınır
  2. B) Maddi və digər imkanlar nəzərə alınır
  3. C) Valideynlərin iş rejimi nəzərə alınır

 

Əlavə məşğələ və dərnəklər:

  1. A) Uşağın maraqları üçündür
  2. B) Uşağın bacarıq və marağını təyin etmək üçündür
  3. C) Gələcək həyat üçündür

 

Sizin valideynlərinizlə münasibətiniz necə olub?

  1. A) Dost münasibəti
  2. B) Əksər insanlarda olduğu kimi adi
  3. C) Yaxşı olmayıb, siz yaxın olmamısınız

 

Çalışın yadınıza salın ki, neçə hadisə olub ki, siz ona görə övladınızı tərifləmisiz və hörmət etməyə başlamısız?

  1. A) 10dan çox hal
  2. B) 5-10 hal ola bilər
  3. C) 5-dən az

 

Cavablar:

A çoxluq təşkil edirsə, görünür ki, sizin övladınızla münasibətləriniz yaxşıdır. Çətin vəziyyətdə siz ona dayaq və dost olacaqsınız. Övladınızla ünsiyətdə yaş sərhəddiniz yoxdur, siz öz təcrübənizlə ona istənilən vəziyyətdə düzgün çıxış yolunu göstərə bilərsiniz. Lakin bu cür münasibətin də çatışmayan cəhəti vardır. Belə ki, fikir ayrılığı yarandığı vəziyyətlərdə sizin qərarınız onun xeyrinə olsa belə, qəbul etdirə bilməyəcəksiniz. Çalışın ki, münasibətləriniz sərhədlərini keçməsin, əks halda valideyn mövqeyinizi birdəfəlik itirə bilərsiniz.

B variantı üstünlük təşkil edirsə, övladınızı narahat edən məsələni asanlıqla həll edəcəksiniz. Ancaq sonra düşünəcəksiniz ki, siz həqiqətən hər şeyi bilirsinizmi? Bu o deməkdir ki, siz övladınızın həm dostu, həm valideynisiniz. Demək olar ki, siz qızıl ortanı tapmısınız.

Böyük ehtimalla övladınız çətin vəziyyətdə sizə kömək üçün müraciət edəcək. Çünki o bilir ki, siz hisslərlə deyil, həyat təcrübənizə əsasən problemi həll edəcəksiniz. Siz həm də valideyn mövqeyinizi də saxlamısınız. Bu isə uşaq üçün çox vacibdir. Beləcə o özünü daha müdafiə olunmuş hiss edir.

C variantı çoxluq təşkil edirsə, belə məlum olur ki, siz övladınızla tamam başqa dünyalarda yaşayırsınız. Sizi birləşdirən yalnız evin divarlarıdır. Hərənin öz həyatı, düşüncələri var və heç kim heç kimlə onları bölüşmür. Hazırda texnikanın inkişafı ilə əlaqədar olaraq ailə üzvləri bir-birindən kifayət qədər uzaqlaşır, təbii ünsiyyəti azalır. Bu isə zəif uşaq psixologiyasında iz buraxmaya bilməz. Bir qədər düşünməyə dəyər. Bəlkə bu vəziyyəti dəyişmək üçün nə isə edə bilərsiniz?

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir