Hiperaktivlik

Övladınızın psixoloqa ehtiyacı olduğunu göstərən 8 İŞARƏ

Baxış sayı: 923

Uşaqların normal və anormal davranışlarını ayırd etmək çox çətindir. Yaxşı, uşağımızın müalicəyə ehtiyacı olub -olmadığını necə anlayacağıq? Uşağın psixoloqa, terapistə nə zaman ehtiyacının olub-olmayacağını bildirən 8 işarəni təqdim edirik:

 

Həddindən artıq reaksiya

Mütəxəssislər 10 yaşdan kiçik uşaqlarda narahat edici davranışların qayğıdan qaynaqlana biləcəyini söyləyir. Həddindən artıq reaksiya uşağın zehninin reaksiya verdiyi psixoloji cavabdır. Gizli duyğularını ifadə etməyin bir yoludur. Təhdid edici vəziyyətlərdə uşağınızın aqressiv reaksiya verəcəyi bir problemin olduğunu göstərir.

Ətrafda baş verənlər uşağın psixikasına təsir edə bilər. Nəyin baş verdiyini anlamırsınızsa, uşaq psixoloqu sizə kömək edə bilər.

 

Keçməyən hirs

Uşaqlar müəyyən problemlər yaratmağa meyilli olarlar. Kiçik uşaqların valideynləri uşağın mızıldaması, yeri təpikləməsinə tez-tez şahid olurlar. Ancaq bu hirs keçmirsə, daha da şiddətlənirsə, mütləq ciddiyə alacağınız şeylər var. Bir terapist uşağınızın hirsinin səbəblərini asanca təyin edə bilər və bununla birlikdə xüsusi hadisələr üçün müəyyən həll yolu təklif edə bilər.

Uzun müddət kədərli olması Və əsəbilik

Bir uşaq haqqında bilmədiyimiz və ya əsəbiləşdiyimiz mövzularda kədərlənirsə, təməl problemi tapmaq üçün daha dərinə enməliyik. Mümkünsə, onlara niyə qəmgin olduğunun səbəbini soruşun.

Valideynləri ilə rahat danışa bilməyən və ya öz evində dinclik tapa bilməyən uşağı mütəxəssisə aparılmaq lazımdır.

Kiçik yaşlarda uşaqlar valideynlərin onlara kömək etməyə çalışdığını və onları sakitləşdirməyə meyilli olduğunu bilirlər. Ürək sıxıntıları, nəyə hirsli olduqları tez büruzə verər. Bunun da bilmədiyiniz psixoloji səbəbi ola bilər.

 

Dərslərdə qəfildən zəifləmə 

Dərslərdə qəfldən zəifləmə narahatlığın mənbəyi ola bilər. Xüsusilə kiçik uşaqlar öz hislərini məktəb, dərslə bağlı deyil, əhval-ruhiyyə ilə büruzə  verə bilərlər.

Bu vəziyyət bəzən valideynlərin səhv davranışlarının nəticəsi ola bilər. Əvvəlcə uşağın müəllimi ilə məsləhətləşmək və psixoloqa müraciət etmək lazımdır.

Tək olmağı seçmək

Arada-sırada hər uşağın səssizcə, ətrafda çox insan olmayan yerə, zamana ehtiyacıola bilər. Ancaq bunun müəyyən ölçüdə olması şərtdir. Uşaqlar davamlı olaraq ictimailəşmək istəyərlər. Uşaq tək oynamağı, sinif yoldaşlarından kənarda qalmağı seçirsə, mütləq müəllimə ilə məsləhətləşmək lazımdır. Problemin kökünü öyrəndikdən sonra isə mütəxəssisin köməyinə ehtiyac olacaq.

 

Fikrini bir yerə cəmləməmək, diqqət yayğınlığı

Uşaqların çoxu xəyalpərəst olur. Ancaq bu günlük həyatlarına elə də təsir etmir. Rahat dərslərini oxuyur, danışır, yazır və ictimailəşə bilirlər.

Amma daimi fikirli olmaq, diqqətlərinin başqa yerlərə yayınması, hərəkətlilik, oxumaqdan qaçması, dərsdə otura bilməməsi kimi hallar çoxalıbsa terapistə aparmaqda fayda var. Bəlkə, sizin uşağın disleksiya problemi var?

Beynində hər hansı bir hadisəyə saplanıb qalmaq və şiddətə, zorbalığa meyillik varsa

Uşağınız hər hansı bir hadisədən başqa heç nəyi düşünmürsə, ətrafdakıların reaksiyasından daha fərqli reaksiya verirsə, bu onun psixoloji vəziyyətinə ciddi təsir edirsə, ətrafa və yoldaşlarına qarşı aqressiv və şiddət sərgiləyirsə, köməyə ehtiyacı vardır.

 

Yuxusunda anidən olan  dəyişikliklər

Biz valideynlər tərəfindən körpə yaşlarından uşağın yatma vaxtı və nizamlı yuxusu formalaşdırılır. Yuxusuzluq uşağın davranışlarına birbaşa təsir edir. Erkən yaşlarda kifayət qədər yatmamaq, beynin inkişafını ləngidir. Əvvəllər uşağın yuxu nizamı normal olubsa, qəfldən dəyişibsə həkimə müraciət etməkdə fayda var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir