valideyn ve usaq

Övladlığa götürməni sadələşdirməyə ehtiyac varmı?

Baxış sayı: 1. 039

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürmək istəyənlərin hansı hallarda bu hüquqdan məhrum ediləcəyi müəyyənləşib.

Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimai müzakirəyə çıxardığı “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydaları”nın layihəsində əksini tapıb.

Valideyn-namizəd uşağı övladlığa götürməyi arzu edən və bunun üçün müəyyən edilmiş qaydada qeydiyyatdan keçərək uçota alınmış Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərdir.

Layihəyə əsasən, valideyn-namizədlər üçün bir sıra qaydalar müəyyənləşdirilib.

Görəsən, övladlığa götürmə prosesinin sadələşdirilməsinə ehtiyac varmı, ümumiyyətlə, xarici ölkələrdə bu qaydalar necə tənzimlənir?

Boşanmadan əvvəlki dövr üçün aliment alına bilərmi?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirir ki, övladlğagötürmə prosesi bütün ölkələrdə oxşardır, hətta daha çətin proseslər olan ölkələr də var: “Sadəcə olaraq, hazırkı vəziyyətdə qaydaları təhlil etmək istəyirlər. Xarici vətəndaşa övladlığa verilmə xüsusi çətinləşdirilmiş qaydadadır. Yəni müstəsna hallarda verilir. Digər şəxslərə də elə asan verilmir. Övladlığa verilmə həssas məsələdir. Həmin uşaqlara onsuz da dövlətin baxmaq imkanı var. Yəni dövlət həmin uşaqları himayəsində saxlayaraq, bütün ehtiyaclarını təmin etmək iqtidarındadır. Uşaqların daha çox cəmiyyətə adabtasiyası, sosiallaşması üçün övladlığa verilməsi məsələsi ortaya qoyula bilir. Uşaqların sosiallaşması isə onun gələcək həyatına, dünyagörüşünüə və tərbiyəsinə təhlükə yaratmamalıdır. Ona görə də övladlğagötürmə ciddi təhlil olunmalıdır. Övladlğa götürəcək ailənin maddi durumu, sosial vəziyyəti, yaşayış yeri, yaşı və digər xüsusiyyətləri də nəzərə alınmalıdır”.

Vəkil bildirib ki, bu prosesin sadələşdirilməsinə ehtiyac yoxdur. Onun sözlərinə görə, prosesin sadə olması kimin gəldi övlad götürməsi ilə nəticələnə bilər ki, daha sonra həmin uşağın taleyinin necə olacağı sual altına düşər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir