uchem

Övladlığa götürülən üçəmdən sonra əkizlər

Baxış sayı: 1. 664

Sara və Endi Castis universitetdə oxuyanda tanış olublar. Uzun müddət görüşən cütlük nəhayət ki, evlənmək qərarına gəlib. Lakin 3 il evli olsalar da uşaqları olmayıb. Həkimlər Saranın yalnız süni mayalanma nəticəsində ana ola biləcəyini deyiblər. Bu prosedur isə 30-60 min dollar arasında başa gəlir. Həm də süni mayalanmanın nəticə vermə effekti 10 faizdir.

Ailə talelərini dəyişməmək və övladlığa uşaq götürmək qərarına gəlib. Onlar bununla bağlı doğulacaq uşağından imtina edən hamilə qadınla danışırlar. Ailə USM-in nəticəsini görəndə sevinc və təəccüb içində qalır –qadının bətnindəki uşaqlar üçəm olub.

Uşaqlar təyin olunan vaxtdan bir az əvvəl doğulsalar da, sağlamlıqları üçün heç bir təhlükə olmayıb. İndi bəxtləri onlara iki qız və bir oğul valideyni olmağı qismət etmişdi. Uşaqlara Elizabet, Hanna və Coel adı verirlər.

Bir həftədən sonra isə ailə daha bir sürprizlə qarşılaşır – Sara hamilə olduğunu öyrənir. Bir neçə aydan sonra ultrasəs müayinəsi nəticəsində məlum olur ki, onların daha iki uşaqları olacaq. Bir oğlu və bir qızı dünyaya gələn Endri və Sara artıq çoxuşaqlı valideyndirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir