456789

Özü özünə ərə gedib – MARAQLI

Baxış sayı: 1. 454
Bugünlərdə dünyanın ən qəribə hərəkətlərinin siyahısı hazırlanıb. 
Bunların sırasına Londonda yaşayan Qreys Qedler adlı qız başçılıq edir. Belə ki, bu qız özü özünə ərə gedib. 24 yaşlı qızın dediyinə görə, bu ideya onun ağlına island müğənni Byorkun “İzabel” mahnısını dinləyərkən gəlib. “Həmin anı yaxşı xatırlayıram. Perfomans sənətini öyrənirdim, 18 yaşım vardı və bu mahnını eşitdim. ”Mənim adım İzabeldir, özüm özümlə evliyəm”. Həmin vaxtdan bəri mahnı beynimdə idi”, – Qreys deyib.
Həmin vaxtdan 6 il sonra Qreys özü ilə evlənmək fikrinə düşüb.
Dediyinə görə, ailə üzvləri, qohumları və dostları bu fikri normal qarşılayıblar: “Valideynlərim çılğın təbiətimə alışıblar. Dostlardan bəziləri belə qərarın eqoizm olduğunu desələr də, məni dəstəklədilər”.
Qreys Qedlerin Devonşirdəki toyunda 50 qonaq vardı və bu, nikahda həm “bəy”, həm “gəlin” olan qızı çox təəccübləndirib.
“Bu qədər adamı görəndə çaşdım. Ən uzağı 20 nəfəri görəcəyimi düşünürdüm. Yeni statusum əla hisslər bəxş edib. İndi sakitəm, özümə güvənirəm. Fəqət, bundan sonra kiməsə ərə gedəcəyimi istisna etmirəm”, – Qrey Qedler söyləyib.