pehriz

Pəhrizdə doğru bilinən yanlışlar

Baxış sayı: 173

Ac qalaraq arıqlamaq olarmı? Çörək kökəldirmi? Dietik qidalar arıqladırmı? Aç qalaraq arıqlamağın, çörəyin kökəltdiyinin, diyet məhsullarının arıqlatdığının və 18:00-dan sonra yemək yeyilməməsinin əslində doğru olmadığını bilirdinizmi?

Uzun müddət aclıqdan sonra metabolizm enerji sərfiyyatını azaldır və yağ mənbələrini artırmağa başlayır. Yeyilən çox az qida belə yağ olaraq toplanır.

Çörək təməl enerji qaynağımız olan kompleks karbohidratların ən önəmli qaynağıdır. Çörək yeməyən insanların yenə taxıl qrupunda olan taxıl məhsullarını: makaron, plov kimi qidaları yeməkləri daha çox yedikləri də müşahidə edilmişdir. 

Bir paket “dietik” peçenyenin enerjisi 2-3 dilim çörəyin enerjisi ilə eynidir. Üstəlik çörəkdə yağ da yoxdur. Ancaq bir çox dietik qidanın tərkibində yağ vardır, sadəcə nisbəti azaldılmışdır. Bəzi pəhriz qidalarının kalorisi çox, duzu az ola bilər. Bəzi qidalarda isə şəkər yerinə dadlandırıcılardan istifadə edilmiş, ancaq yağ və un miqdarı artmışdır. Diyetik qidalar pəhriz üçün sadəcə köməkçidir və etiketləri diqqətlə oxunduqdan sonra istifadə olunmalıdır.

“Sadəcə meyvə və tərəvəz yeyərək arıqlamaq olar” fikri də yanlışdır. Tək bir qida növünə əsaslanan pəhrizlər bədənin ehtiyac duyduğu makro və mikro qida maddələrini qarşılaya bilmir. Sadəcə tərəvəz və meyvə yeyilərsə bədənin ehtiyacı olan protein və yağ qarşılanmadığı üçün metabolizm yavaşlayar. Əvvəlcə çəki itkisi müşahidə olunsa belə bədəndəki yağ səviyyəsi yüksəlməyə başlayar.

“Axşam saat 18:00-dan sonra bir şey yeyilməməlidir” fikri də doğru deyil. Saat 20:00-da evinə gələ bilən bir insan bu qanuna riayət etməli olsa idi onda günorta yemiş olduğu yeməklə bütün günü keçirmiş olacaqdı. Bu səbəbdən də yemək saatları fərdi olaraq təyin olunmalıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir