ariqlamaq

Pəhrizsiz düşünərək arıqlayın

Baxış sayı: 177

Xüsusi pəhrizə əməl etmədən də arıqlamaq mümkündür. Amerikada Diana İronz imzası ilə çıxan “Asan gözəllik sirləri” adlı kitabda qadınlara pəhrizsiz arıqlamağın üsulları açıqlanır.

Beləliklə pəhrizsiz arıqlamaq üçün…

· İlk əvvəl özünüzə çox bəyəndiyiniz, əyninizə balaca olan bir libas alın. Bu sizdə arıqlamağa olan həvəsi gücləndirəcək.

· Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Bu sizin aclığınızın qarşısını alacaq.

· Yemək zamanı çoxlu bibər yeyin. Bibər bədəninizdəki yağları 25 faiz əridir.

· Qaranlıqda yeməyin.

· Aclıq hiss etdikdə musiqiyə qulaq asın.

· Gün ərzində ən az 20 dəqiqə küçədə gəzin.

· Yeməkdən sonra pilləkənləri çıxıb-düşün.

· Şokaladı yedikdən sonra çay yox, qazlı su için.

· Rəflərinizdə olan libaslarınızı yerə töküb, onları yenidən yerləşdirməyə başlayın.

· Yeməkdən sonra limon yeyin.

· Daha çox tərəvəzlərə üstünlük verin.

· Televizora baxarkən, qəzet və ya kitab oxuyarkən heç nə yeməyin.

Ən əsası bütün günü güzgüyə baxıb, kökəldiyinizi deməkdən əl çəkin. Yediyiniz hər şeydən sonra, “kökəldim” düşüncəsindən uzaq olun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir