PEHRIZ SIRNIYYATI

Pəhriz şirniyyatını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 016

Arıqlamağı qarşısına məqsəd qoyanlar təkcə az yemək yox, həm də arıqlamağa mane olan qidalar haqqında məlumatlanıb, tamam uzaq durmalıdırlar. Arıqlamaq istəyən təkcə tort, pirojnadan yox, konfet, zefir, marmelad – bir sözlə, mağazalarda satılan bəzəkli, şirin nə varsa, imtina etməlidir.

“Gencaile.az” saytı “Yeməyə nə var?” rubrikasında  hər kəsin ev şəraitində hazırlaya biləcəyi pəhriz şirniyyatını təqdim edir. Qısa müddətdə hazır olan, zərərsiz və çəki artırmayan “enerji topları” sizin ən sevimli şirniyyatınız olacağına əminik.

“Enerji topları” üçün lazım olan ərzaqlar:

Qaysı – 100 qram

Kişmiş – 100 qram

Xurma – 100 qram

Qoz – 100 qram

Fındıq – 100 qram

Bal – iki və ya üç yemək qaşığı

Hazırlanması:

Hamısı blenderden keçirilir, sonda bal qatılıb top forması verilir. Bir qədər soyuducuda saxlandıqdan sonra çayla birlikdə qəbul edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir