paltar

Paltarları uzunömürlü etməyin 9 QAYDASI

Baxış sayı: 970

Geyimlərimizin yenicə alınmış kimi qalmasını istəyirsinizsə, bəzi qaydalara diqqət etməlisiniz. Çünki geyimin ömrünü uzadan və qısaldan biz özümüzük. Düzgün yumaq, ütüləmək və saxlamaq qaydaları geyimlərin uzun ömürlülüyünü və gözəlliyini qorumağa kömək edəcək.

Geyimlərinizə düzgün qulluq etməsəniz, hər maaşda yeni geyim almaq məcburiyyətində qalacaqsınız. Bu da sizə bəzi sıxıntılar yaşada bilər. Bu cür sıxıntılar yaşamamaq üçün “Gencaile.az” sizə geyimlərinizi uzunömürlü etməyin sirlərini açıqlayır. Bu yollarla geyimlərinizi hər dəfə yeni alınmış kimi geyinə bilərsiniz.

1. Geyimlərin etiketlərində yazılanları mütləq oxuyun. Etiketdə yazılanlara dəqiq əməl etsəniz, geyiminiz tez korlanmaz.

2. Geyimlərinizin üzərinə tökülmüş ləkələri çıxarmaq üçün min üsula əl atıb geyimi korlamaqdansa, quru təmizləməyə göndərin və nə ləkəsi olduğunu deyin.

3. Geyimlərinizi doğru asılqanlara asın. Geyim nə qədər ağırdırsa, asılqan da bir o qədər möhkəm olmalıdır.

4. Geyiminizin üzərinə qoxu çöküb və qırışıbsa, buxarlı hamamda uzun müddət saxlayın. Həm qoxu gedəcək, həm də qırışları açılacaq.

5. Qalstuklar üçün ayrı asılqanlarınız olmalıdır. Qatlayıb bir yerə tullamayın.

6. Yun paltarlarınızı 4-5 dəfə təmizləyib sonra geyinin.

7. Qış geyimlərinizi yığışdırarkən naftalinləyin.

8. Ayaqqabılarınızı, çəkmələrinizi parçalara büküb saxlayın.

9. Kaşmirdən olan geyimləri əldə, şampunla yumaq, sıxmaq və asmaq qətiyyən olmaz. Əvvəlcə suyu köpükləndirin, sonra kaşmir geyimi suya bir neçə dəfə  salıb-çıxarın. Sıxmadan quru dəsmalın üzərinə qoyub qurudun. Kaşmir parçalar əvvəl-əvvəl tük buraxa bilər, bu, normaldır. Həmin tüklər tükgötürən maşınla təmizlənə bilər. İstifadə edilmədikdə işıq düşməyən yerlərdə yaxşıca qatlayıb saxlayın. Kaşmir yeganə parça növüdür ki, hər fəsildə geyinilə bilər və çox istilik verməz, əksinə, sərin saxlayar və tərləmənin qarşısını alar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir