paltaryuyan

Paltaryuyan maşın necə təmizlənir?

Baxış sayı: 511

Paltaryuyan maşın təmizliyi ən çox diqqətdən qaçan əşyalarımızdan biridir. «Gencaile.az» bu yazıda sizə paltaryuyan maşının təmizlənməsi haqqında bəzi məsləhətlər verəcək.

Paltaryan maşın təmizliyinə çox fikir  vermədiyimiz əşyalar arasında birinci sırada gəlir. “Əgər xarab olubsa heç düzəltdirməyinə dəyməz, at getsin”. Bəli, söhbət paltaryuyan maşından gedir. Bunun üçün də paltaryuyan maşınınıza düzgün qulluq etməlisiniz. Xüsusilə də əgər paltarlarınızı çox vaxt soyuq su ilə yuyursunuzsa, maşınınızda balteriyalar çoxala bilər.

Paltaryuyan maşının baxımı: onun çöl hissələrini nəm bir əskinin köməyi ilə təmizləyə bilərsiniz. Əgər bu onu təmizləmək üçün kifayət deyilsə, bir az şampundan da istifadə edin. Şampunlu bezlə təmizlədikdən sonra, bir dəfə də təmiz, nəm bir bezlə silin və quru bezlə qurulayın. Paltaryuyanınızın yuyucu vasitə tökdüyünüz gözü yuyucu vasitənin yığılıb qala biləcəyi, daşlaşa biləcəyi və ya kiflərin yaran biləcəyi bir yerdir. Yuyucu vasitəni əlavə etdiyiniz yer olduğundan oranın təmizliyinə xüsusilə diqqət göstərməlisiniz. Bu bölmə çıxarıla bildiyindən onu ən az həftədə bir dəfə çıxarıb təmizləyin. Bu təmizliyi bir bez və ya fırçanın köməyi ilə edə bilərsiniz. Onu qab yuyan maşında da yumaq olar. Lakin bu zaman qabyuyan maşında başqa qablar olmamalıdır və o yuyulduqdan sonra qab yuyanın içi silinib təmizlənməlidir. Yeni paltaryuyan maşınların çoxunda servis təmizləmə seçimi var. Əgər sizin maşınınızda bu yoxdursa onun yuyucu vasitə gözünə bir az sirkə tökün və pambıq paltarları yuduğunuz rejimi qoşun.
paltaryuyanMaşınınızın içərisini belə təmizləyə bilərsiniz. Bunun üçün limon duzu da istifadə etmək olar. Maşının içərisindəki rezin hissə kiflənə biləcək bir parçadır. O kifləndiyi zaman paltarlarınızdan da kif iyi gələ bilər. Kiflənmə yaranmaması üçün hər dəfə paltar yuduqdan sonra rezin hissəni silib qurulayın. Əgər həmin hissədə artıq kif yaranıbsa onu şampunlu bir bezlə silin, kif təmizlənməzsə rezin hissəni dəyişmək lazımdır. Bu məsələlərdə diqqətli olun: Təmizliyi 6 aydan bir həyata keçirməlisiniz.

Yuyucu toz bölməsini ən az həftədə bir dəfə yoxlamalısınız əgər lazım gələrsə çıxarıb təmizləməlisiniz. Ağır kimyəvi maddələri paltaryuyan maşının təmizliyində istifadə etmək olmaz. Bu deylənləri həyata keçirsəniz paltaryuyan maşınınızın ömrünü uzadacaqsınız.

paltar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir